Gündəm

UNEC-də “Azərbaycan Qadınlarının Gücü” adlı tədbir keçirilib

Tədbir Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Xəzər” tələbə xor kollektivinin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin şagirdləri, eyni zamanda “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin uzvləri işarət dilində müşaiəti ilə başlayıb.

Globalnews.az xəbər verir ki, tədbirdə UNEC-in tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova, UNEC-in Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədr müavini Günay Ağazadə, Azərbaycan Dövlət İqtisad Universitetinin Biznes və Menecment fakültəsinin məzunu, “Kapital Bank”ın İstedadların cəlbi və seçimi şöbəsinin müdiri Nərgiz Əzimova və başqaları çıxış ediblər.

Çıxışlardan sonra müsabiqə iştirakçıları diplomla təltif olunub, hədiyyələr təqdim edilib.
Tədbir rəsmi hissə bitdikdən sonra bədii hissə ilə davam edib.

Oxşar Xəbərlər

Back to top button