Analitika

Ümumilli Lider müzəffər ordumuzun qurucusudur

Dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğu sahələrində də incə siyasət yeridilməsində Heydər Əliyevin şəxsi fəaliyyətini

qiymətləndirməmək olmaz. Heydər Əliyev Bakıya dəvət olunanda Azərbaycan Ordusunda ağır böhran var idi. Bu böhranın xarakterik tərəfləri aşağdakılardan ibarət idi:

-orduya dövlət rəhbərliyi təyin edilməmişdi;

-ordu quruculuğu ilə bağlı dövlətinin aydın proqramı yox idi;

-dövlət və ordu bir- birindən ayrı düşmüşdü;

-ordu suyasi işlərə cəlb edilmişdi;

-ordu daxilində siyasi mənsubiyyə və maraqlara görə parcalanmışdı;

-ordu daxilində xaos,özbaşnaliq,qanunsuzluqlar baş alıb gedirdi;

-sovet ordusundan miras qalmış hərbi əmlakin böyük bir hissəsi məhv edilmişdi.

-orduya cağırış işi öz başına buraxılmışdı;

Bu haqda daha çox faktlar söyləyə bilərik, amma bütün bunlar tariximizə düşən qara ləkə kimi geridə qaldı.

Azərbaycan Ordusunun formalaşmasında sahəsində tarixi fəaliyyətinin ilk addımları Naxçivanda atıldı.Ordu quruduculuğunda yeni bir mərhələnin başlanğıcını isə Heydər Əliyev radio və televiziya ilə xalqa 2 noyabr 1993 – cü ildə müraciəti oldu. İstər səfərbərlik işindəki, istərsə  də bütövlükdə ordu quruduculuğunda kadrların tərbiyələndirilməsi, seçilməsi, yerləşdirilməsi Heydər Əliyevə görə vacib məsələlərdən biri idi. O,dəfələrlə hərbi hissələrə səfər etdi, hərbi  hissələrin xidməti həyatı ilə yaxından tanış oldu. Atəşkəs elan olunduğdan sonra ordu quruculuğuna diqqət heç də zəifləmədi. 

Azərbaycan dövlətinin rəhbəri kimi Heydər Əliyevin müstəsna fəaliyyətinin təhlili göstərir ki, respublikanın hərbi təhlükəsisliyinin təmin edilməsində ölkənin xarici siyasətinin məzmunu böyük əhəmiyyət kəsb edir. Azərbaycan Ordusunun hazırdaki səviyyəsi ordu quruculuğu sahəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən müəyənləşdirilən ordu quruculuğu tamamilə doğru olduğu bir daha sübut edir. Bu ordu isə bu tarixdə müzəffər ordu kimi qalacaq və bundan sonra da inkişaf edəcək.

Bəhruz Rüstəmov,
Yeni Azərbaycan Partiyasının fəalı

Oxşar Xəbərlər

Back to top button