Analitika

Ulu Öndərin öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında birləşdirdi

1991-ci il Azərbaycanda müstəqilliyə qovuşmaq uğrunda mübarizə qarşısıalınmaz həddə çatmışdı. Həmin il avqust ayının 30-da keçirilən Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında bəyannamə qəbul edildi. Heydər Əliyevin Naxçıvana və böyük siyasətə qayıdışı ilə Naxçıvandan başlanan milli dirçəliş prosesi Azərbaycanın siyasi mühitində aparıcı qüvvəyə çevrilməyə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımlar atılmağa başlanmışdı. Azərbaycan Ali Soveti Heydər Əliyevin cəsarətlə başladığı müstəqillik mübarizəsinə 1991-ci ildə hüquqi müstəvidə münasibət bildirirərək müstəqillik haqqında Konstitusiya Aktını qəbul etdi.

O zamanlar hakimiyyətdə olan siyasi dairələrin səriştəsizliyi az qala bu müstəqilliyin məhv olmasına gətirib çıxaracaqdı. Ayaz Mütəllibov, onu əvəz edən AXC-Müsavat iqtidarı dövlətçiliyi deyil, hakimiyyətlərini qoruyub saxlamaq maraqlarından çıxış edir və beləliklə, hələ kövrək olan dövlət müstəqilliyini təhlükə altına salırdılar.

Azərbaycan xalqının təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyev müstəqil dövlətçiliyimizi, suverenliyimizi bütün təhlükələrdən, təhdidlərdən xilas etdi. 1993-cü ilin iyununda dövlətin idarəçilik sükanı arxasına keçən Heydər Əliyev xilaskarlıq missiyasını müdrikliklə, yenilməz iradə, qətiyyət və böyük uzaqgörənliklə yerinə yetirməyə başladı.

Xalqın iradəsi,Ulu Öndərin təşəbbüsü və uzaqgörən siyasətinin məntiqi davamı, müstəqilliyimizin anonsu olaraq 1990-cı il noyabrın 17-də üşrəngli bayrağımız Naxçıvan Ali Soveti tərəfindən qəbul edildi.Üçrəmgli bayrağımız 23 ay yaşamış Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı olmaqla bərabər, həm də müstəqilliyimizin ilk rəmzi idi. Qərarda, həmçinin Azərbaycan Respublikasının ali qanunverici orqanına Azərbaycanın dövlət rəmzləri haqqında məsələyə baxması, respublikamızın milli tarixi ənənələrə uyğun olaraq yeni dövlət rəmzlərinin – bayrağın, gerbin, himnin qəbul olunması təklif edilmişdi. Sessiyada qəbul edilən cəsarətli qərarlardan biri də Naxçıvan Muxtar Respublikasının adından “sovet” və “sosialist” sözlərinin götürülməsi idi. Eyni zamanda həmin sessiyada Heydər Əliyevin təklifi ilə Naxçıvan MSSR Ali Sovetinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi adlandırılması da sadəcə redaktə xarakterli düzəliş deyildi. Bu, dünyada Sovet İttifaqı kimi tanınan, siyasi sistemini sovetlər üstündə quran bir ölkənin siyasi strukturunda dəyişiklik edilməsi demək idi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Azərbaycanda müstəqil dövlətçiliyin böyük məktəbinə çevrilib.

Təəssüf ki,1991-1993 cü illərdə Müstəqillik haqqında Konstitusiya Aktının norma və prinsiplərinə əməl olunmadi. Dövlətçiliyin maraqlarından daha çox öz maraqlarını rəhbər tutan hakimiyyət nümayəndələrinin səriştəsizliyi nəticəsində Ermənistan torpaqlarımızı işğal etməyə başladı.Hakimiyyət uğrunda aparəlan iqtidarlar əldə edilmiş müstəqillin itirilməsi ilə nəticələnə bilərdi. Erməni təcavüzünün gündən-günə güclənməsi orduda da vəziyyəti ağırlaşdırıdı və ölkədə hakimiyyət boşluğu yaranmışdı. Bunun nəticəsi idi ki, 1993-cü ilin yayında ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmışdı. Vətənin belə ağır günündə xalq Heydər Əliyevi Bakıya dəvət etdi və bu dəvəti qəbul edən Heydər Əliyev iyunun 9-da Bakıya gəlişi ilə vətəndaş müharibəsinin qarşısını aldı. Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı. Heydər Əliyevin həyata keçirdiyi tədbirlərin nəticəsi olaraq bir tərəfdən, Milli Ordunun formalaşdırılması, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı.

Azərbaycan xalqı əsrlər boyu müstəqillik arzusu ilə yaşamış, milli azadlıq uğrunda mübarizə aparmışdır. XX əsrin əvvəlində Azərbaycan torpağında ilk Azərbaycan Demokratik Respublikası yaranmış və öz müstəqilliyini dünyaya elan etmişdir ki, bu dövlət Azərbaycan xalqının çoxəsrlik arzusunun, istəyinin həyata keçirilməsinin ilk addımı idi.

Ulu öndər Heydər Əliyevin layiqli davamçısı İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyasının nəticəsidir ki, 30 il ərazində itirilmiş torpaqlarımız 44 günlük Vətən müharibəsində Ali Baş Komandanın başçılığı ilə işğaldan azad edildi. Bu tarixi qələbənin nəticəsidir ki, məhz bu il Azərbaycan xalqı olaraq 18 oktyabr – Müstəqilliyin bərpası gününü qürurla qeyd edəcəyik. Biz artıq bütün dünyaya müstəqil dövlət olduğumuzu sübut etmişik. Müstəqilliyimiz dönməzdir, əbədidir!

Fərid İbrahimli,
Xəzər rayonu,120 nömrəli tam orta məktəbin direktor müavini

Oxşar Xəbərlər

Back to top button