Ulu Öndər Heydər Əliyevin Azərbaycan şairi Nizami haqqında
Ulu öndər Heydər Əliyev yazıçı və ədəbiyyatşünasları həmişə diqqətdə saxlayırdı. İstər yazarların, istərsə də ədəbiyyatşünasların əsas dayağı olan Ulu Öndər həm ədəbiyyata bələd olub, həm də ona bu bələdçilikdən gələn sevgi ilə yanaşıb. Bunu Ümummilli Liderin hələ sovet dönəmində yazıçıların V, VI, VII, IX qurultaylarında iştirak etməsi də sübut edir.
Ulu Öndərimiz, xüsusən Nizami Gəncəvinin yaradıcılığını, irsini yüksək dəyərləndirmişdir. Ulu Öndərimizin təşəbbüsü ilə 1979-cu ildə “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar qəbul edilib. Qərarın icrasından irəli gələrək, 1981-ci ildə şairin 840, 1991-ci ildə isə 850 illiyi dövlət səviyyəsində keçirildi. Heydər Əliyev 1972-ci il avqustun 16-da Moskvada nəşr olunan “Literaturnaya qazeta” ya verdiyi müsahibəsində jurnalistin “Azərbaycan yazıçılarının yaradıcıllığında sovet adamlarının dostluğu və qardaşlığı necə işıqlandırılır?” – sualının cavabında Nizami Gəncəvinin yaradıcılığına istinad etmiş, onun əsərlərin əsas qayəsini təşkil edən və parlaq cizgilərlə ifadə olunmuş ümumbəşəri məhəbbət ideyasını nümunə gətirərək, yığcam və dəqiq şəkildə belə söyləmişdi: “digər xalqların bütün əsl humanist mütərəqqi ədəbiyyatları kimi, Azərbaycan ədəbiyyatının da öz şanslı çoxəsrlik beynəlmiləlçilik ənənələri vardır. Müxtəlif xalqların oğul və qızlarını alovlu məhəbbətlə tərənnüm etmiş Nizaminin dahiyanə əsərləri buna sübutdur.”
Bir məsələni də qeyd etmək vacibdir ki, Gəncədə Nizami Gəncəvi məqbərəsinin bərpa olunaraq yenidən qurulması Heydər Əliyəvin və onun varisinin adı ilə bağlıdır. Hazırda Gəncədəki möhtəşəm “Xəmsə” abidə kompleksi, zənnimcə, hər bir azərbaycanlının qürur mənbəyidir.
– Nizami Gəncəvi elə bir şəxsiyyətdir ki, onun yubileyini hər il keçirmək lazımdır, – biz bu sitatla Ulu Öndərimizin şairimizə necə dəyər verdiyinin bir daha şahidi oluruq.
Paşayeva Ayşən,
Xəzər rayonu, 262№-li tam orta məktəbin müəllimi