Analitika

Ulu Öndər Heydər Əliyev tarix yaradan dahi şəxsiyyətlərdəndir

Dünyada tarix haqqında yazanların sayı çox olsada, tarix yaradanların sayı azdır. Tarix yaratmaq tarix yazmaq qat qat çətin və məsuliyyətlidir. Ulu Öndər Heydər Əliyev isə tarix yaradan dahi şəxsiyyətlərdəndir. Hər bir kəs ilk növbədə öz xalqı və vətəni ilə tanınır, elə nadir insanlar da var ki,  onlar mənsub olduğu xalqı , vətənini tanıdır, şöhrətləndirirlər. Belə insanlar seçilmiş  şəxsiyyətlərdir və xüsusi misyası olan liderlərdir.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixindəki yeri nə qədər müstəsna və önəmlidirsə, onun dünyaya göz açdığı gün də Azərbaycan xalqı üçün bir o qədər dəyərli və əlamətdardır. Ulu öndərin Azərbaycan xalqına göstərdiyi xidmətlər o qədər böyük və əhəmiyyətlidir ki, onun qiyməti və çəkisi zaman keçdikcə daha aydın və dəqiq görünür.  Ümummilli liderimiz Heydər Əliyev öz ali liderlik keyfiyyətləri ilə dünyanın siyasi elitasının ən uca zirvəsində qərarlaşan nəhəng şəxsiyyət idi. O, təkcə öz ömrünün müdriklik zirvəsində deyil, həm də bütöv bir xalqın tarixinin yüksək zirvəsində idi. Heydər Əliyev Azərbaycanın tarixi keçmişini bərpa edib, milli-mənəvi irsini, dəyərlərini özünə qaytarıb, milli adət-ənənələrini yaşadıbdır. O, xalqa və vətənə sonsuz sevgisi, dövlətçiliyə hədsiz sədaqəti ilə indiki və gələcək nəsillərə örnək ola biləcək bir fəaliyyət nümunəsi, ölkəmizin davamlı inkişafının uzunömürlüyünü təmin edən təkmil irs, siyasi məktəb miras qoyubdur. Bütün mənalı ömrünü öz xalqının və Vətəninin inkişafı naminə sərf edən ulu öndər Azərbaycanı dünyaya tanıtdırıb, xalqımızın xoşbəxt, firavan gələcəyi üçün etibarlı bünövrə yaradıb, dövlət idarəçilik mexanizmini formalaşdırıbdır. Ulu öndər fenomenal şəxsiyyət kimi Azərbaycan xalqı və dövlətçiliyi üçün çox böyük və əvəzedilməz xidmətlər göstərmişdir. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən dahi tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir.Dünya səviyyəli siyasət və dövlət xadimi Heydər Əliyev Azərbaycan xalqının tarixində nadir şəxsiyyətlərdəndir ki, onun zəngin irsi hər zaman politoloqların, filosofların, tarixçilərin və müxtəlif profilli tədqiqatçıların daim diqqət mərkəzində olacaqdır. O, Azərbaycan xalqının milli dövlətçilik mübarizəsindəki misilsiz xidmətləri ilə bütün dünya azərbaycanlılarının son¬suz sevgisini qazanmışdır.

Bu gün Azərbaycanda müstəqil dövlətçilik ənənələri formalaşdırılmışdır. Bu mühüm nailiyyətin əldə edilməsində ümummilli lider Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna əhəmiyyəti vardır. Onun tarixi şəxsiyyət kimi yürütdüyü siyasətin başlıca qayəsi Azərbaycanı hər bir vətəndaşının təhlükəsizliyini qoruya biləcək qədər qüdrətli dövlətə çevirmək olmuşdur. Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Ümummilli Liderimizin siyasi kursuna sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır.  

Vətənpərvərlik insanın içindəki bir duyğudur, əgər bunlar yoxdursa həmin insan mənəviyyatsızdır deyib Ulu Öndər və onun sözləri ilə yola çıxan biz gənclər Heydər Əliyevin nə hayatını nə də həyat boyu fəaliyyətini unudacağıq.

Səba Rzayeva,
YAP-ın gənc fəalı.

Oxşar Xəbərlər

Back to top button