Analitika

Üçtərəfli Zirvə Görüşü özündə mühüm məsələləri ehtiva edir

“Hazırda Zəngəzur dəhlizinin açılması ilə fəal məşğuluq. Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin dəmir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ildə tamamlanacaq və nəticədə yeni nəqliyyat dəhlizi yaranacaq.” Bu sözləri Prezident İlham Əliyev cari ilin 14 dekabr tarixində Türkmənistanda təşkil olunmuş Üçtərəfli Zirvə Görüşündəki çıxışı zamanı səsləndirmişdir.

Azərbaycanın şanlı qələbəsinin Avrasiyanın geoiqtisadi xəritəsində yaratdığı yeni  imkanlar beynəlxalq nəqliyyat sisteminin bütövlükdə yenidən formalaşdırılması reallığını yaradıb. Artıq bir çox Asiya ölkələri bu yeni imkanların fərqindədir. Xüsusilə, Mərkəzi Asiya ölkələrinin yeni bazarlara çıxışında Zəngəzur dəhlizinin iqtisadi önəmi vurğulanmalıdır. Dünya iqtisadiyyatının əsas lokomotivlərindən biri sayılan Çindən gələn yüklərin Mərkəzi Asiya marşrutu ilə daşınması potensialı və eləcə də, Süveyş kanalından keçən dəniz nəqliyyat yoluna alternativ nəqliyyat dəhlizinin formalaşdırılması Azərbaycanın, eləcə də Zəngəzur dəhlizinin vacib nəqliyyat arteriyasına çevrilməsinə şərait yaradır. Ümumilikdə dünya ticarətinin təqribən 12 faizinin bu kanal vasitəsilə həyata keçirildiyini nəzərə alsaq, alternativ nəqliyyat arteriyalarının, o cümlədən Zəngəzur dəhlizi ilə Azərbaycanın Avrasiyanın nəqliyyat infrastrukturunda iqtisadi əhəmiyyətini görə bilərik.

Aydındır ki, müharibədən dərhal sonra və nəqliyyat kommunikasiyalarının açılmasını nəzərdə tutan müddəaların praktiki icrası məqsədilə Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirləri və Rusiya Federasiyası hökuməti sədrinin müavininin həmsədrliyi ilə üçtərəfli İşçi qrupu yaradılıb. Yolların açılması mövzusu Azərbaycan və Ermənistanın dövlət başçıları arasında müxtəlif vasitəçilərin iştirakı ilə aparılan birbaşa danışıqlarda da əsas müzakirə mövzusudur. Qeyd etmək yerinə düşər ki, bütün bu görüşlər qapalı keçib və keçirilir, bu səbəbdən də ekspert cəmiyyəti danışıqların bilavasitə iştirakçılarının ictimaiyyətlə bölüşməyi lazım bildikləri yalnız həmin məhdudlaşdırılmış informasiya əsasında təhlil apara və model yarada bilirlər. Bununla əlaqədar qeyd etmək vacibdir ki, danışıqlar prosesinin iki ilə yaxın dövrü ərzində Azərbaycan tərəfinin bağlı qapılar arxasından sızıb keçən məlumatı öz həcminə görə çox az olsa da, bir dəfə də olsun bir-birinə zidd olmayıb. Daha gec daxil olan məlumat ondan əvvəlki ilə ziddiyyət təşkil etməyib, onu təkzib etməyib. Bunu yadda saxlamaq çox mühümdür, çünki bunu anlamaq o faktı izah edir ki, niyə ekspert cəmiyyətlərində müzakirələr bağlı qapılar arxasında danışıqlar masasına başçılıq edən kontentlə heç də həmişə üst-üstə düşməyən müxtəlif istiqamətlərdə gedə bilirdi. Məhz bunun başa düşülməsi bir çox sualları kənarlaşdırır. Yadda saxlamaq lazımdır ki, ilk gündən bütün söhbətlər eyni və ardıcıl məcrada gedirdi və hər halda Azərbaycan tərəfinin əvvəlki mövqelərdən uzaqlaşma kimi heç bir niyyəti yox idi. Əvvəldən bizim bir məqsədimiz olub və biz əminliklə ona doğru gedirik.

Azərbaycan Prezidenti əzmkarlıqla xəbərdar edir ki, Ermənistan istəsə də, istəməsə də biz öz məqsədimizə nail olacaq və dəhliz açacağıq. O, cəmiyyətə və bütün dünyaya açıq-aşkar işarə göndərir: sərhədyanı Araz çayı boyunca Ağbənddən Ordubada ən qısa və daha optimal marşrut olacaq! Dəmir yolu əvvəllər də oradan keçirdi, SSRİ-nin möcudluğunun son illəri ərzində isə ümummilli lider Heydər Əliyevin səyləri sayəsində avtomobil yolu da çəkilib, həmin yol ki, Paşinyan bu gün onu bərpa etməyə müqavimət göstərir. Lakin o, başa düşməlidir ki, prosesin uzanması yaxşı heç nə vəd etmir. Yol olacaq! Onu isə Ermənistan çəkməli olacaq, eynilə Azərbaycan Laçın rayonu ərazisində öz vəsaiti hesabına yeni yol çəkdiyi kimi. Vaxt ilə gedir və Ermənistanın xeyrinə işləmir.

Mais Günəşli,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button