AnalitikaGündəmSiyasət

Üçtərəfli Bəyanat regionda yeni siyasi və iqtisadi reallıqların əsasını qoydu

“10 noyabr 2020-ci il tarixində imzalanmış Üçtərəfli Bəyanat, Azərbaycan xalqının tarixi mübarizəsinin qələbə ilə nəticələndiyini rəsmiləşdirdi. Bu sənəd Ermənistanın illərlə davam edən işğalına son qoydu və Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi. 10 noyabr Bəyanatı ilə regionda yeni siyasi və iqtisadi reallıqlar formalaşdı. “Dağlıq Qarabağ” adlı ərazi anlayışı tarixə qarışdı və Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu tamamilə təsdiq olundu. Azərbaycan həmçinin beynəlxalq arenada sülhsevər siyasətini davam etdirərək regional əməkdaşlıq üçün yeni imkanlar yaratdı”.

Bunu “Globalnews.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov deyib.

Rəşadət Xalıqov bildirib ki, Üçtərəfli Bəyanat Azərbaycanın tarixi qələbəsinin rəsmiləşməsi ilə yanaşı, regionda yeni siyasi və iqtisadi reallıqların əsasını qoydu. Prezident İlham Əliyevin qətiyyətli liderliyi ilə Azərbaycan təkcə öz torpaqlarını azad etmədi, həm də bütün dünyaya haqqın və ədalətin qalib gəldiyini göstərdi. Bu, Azərbaycanın müasir tarixində həm hərbi, həm də siyasi baxımdan qazanılmış ən böyük uğurlardan biri kimi əbədi qalacaq.

O əlavə edib ki, tarixi qələbədən sonra hal-hazırda azad edilmiş ərazilərin bərpası və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması Azərbaycanın ən böyük prioritetlərindən biridir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən “Böyük Qayıdış” proqramı işğaldan azad edilmiş torpaqlarımızın yenidən dirçəlməsini təmin edir və  ən yüksək səviyyədə icra edilən Böyük Qayıdış proqramı uğurla reallığa çevrilir.

Oxşar Xəbərlər

Back to top button