AnalitikaGündəmSiyasət

Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü

Türkmənistanın Türkmənbaşı şəhərində keçirilənAzərbaycan Respublikası və Mərkəzi Asiya DövlətBaşçılarının 8-ci Məşvərət görüşü Azərbaycanın regionölkələri ilə münasibətlərinin dinamik inkişafını vəstrateji tərəfdaşlığın yeni məzmunla zənginləşdiyininümayiş etdirdi. Prezident İlham Əliyevin görüşdəkiçıxışı Azərbaycanın Mərkəzi Asiya dövlətləri iləəlaqələrə verdiyi böyük əhəmiyyəti bir daha ortayaqoydu. Azərbaycanla Mərkəzi Asiya ölkələrinibirləşdirən tarixi və mədəni bağlar bu gün müasirəməkdaşlıq platformaları ilə daha da möhkəmlənir. Xalqlarımızı birləşdirən ortaq dəyərlər siyasi dialoqa, qarşılıqlı etimada və uzunmüddətli tərəfdaşlığaçevrilərək regionun gələcəyi üçün yeni imkanlaryaradır.

  Son illərdə Azərbaycanla Mərkəzi Asiya dövlətləriarasında qarşılıqlı səfərlərin və yüksək səviyyəli siyasitəmasların intensivləşməsi münasibətlərin yenimərhələyə keçdiyini göstərir. İqtisadi-ticari əlaqələringenişlənməsi, qarşılıqlı investisiyaların artması, birgəinvestisiya fondlarının yaradılması və müxtəlifsahələrdə yeni layihələrin həyata keçirilməsiəməkdaşlığın artıq konkret nəticələrlə müşayiətolunduğunu göstərir. Azərbaycanın Mərkəzi Asiyaölkələri ilə ticarət dövriyyəsinin artması, yüzlərləşirkətin qarşılıqlı fəaliyyət göstərməsi və yeniinvestisiya imkanlarının formalaşması gələcək üçünnikbin mənzərə yaradır. Bu əməkdaşlıq sadəcə iqtisadigöstəricilərin yüksəlməsi deyil, həm də regiondövlətlərinin öz potensiallarını birləşdirərək daha güclüvə dayanıqlı iqtisadi məkan formalaşdırmaq iradəsininifadəsidir.

  Prezident İlham Əliyevin çıxışında nəqliyyat, enerjivə rəqəmsal bağlantıların inkişafına xüsusi diqqətyetirilməsi Azərbaycanın Şərqlə Qərb arasında mühüməlaqələndirici rolunu bir daha önə çıxardı. OrtaDəhlizin inkişafı, Xəzər dənizində nəqliyyatimkanlarının genişləndirilməsi, enerji resurslarınınbeynəlxalq bazarlara çıxarılması və yaşıl enerjisahəsində birgə layihələr regionun gələcəyinəhesablanmış mühüm addımlardır. Bu mənada Xəzərartıq iki sahili ayıran su hövzəsi deyil, AzərbaycanlaMərkəzi Asiyanı birləşdirən, əməkdaşlıq yollarınıgenişləndirən və xalqları ortaq gələcəyə aparan stratejikörpü kimi çıxış edir. Türkmənbaşı görüşü bir dahagöstərdi ki, Azərbaycan Prezidentinin rəhbərliyi iləhəyata keçirilən fəal xarici siyasət ölkəmizin regionalproseslərdə mövqeyini möhkəmləndirməklə yanaşı, sülhə, sabitliyə, qarşılıqlı rifaha və davamlı inkişafaxidmət edən yeni əməkdaşlıq üfüqləri açır.

Anar Həsənov,
YAP Xəzər rayon təşkilatının gənc fəalı 

Oxşar Xəbərlər

Back to top button