Siyasət
Türkmənistandakı səfirimiz də dəyişdi
Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanın Türkmənistandakı fövqəladə və səlahiyyətli səfiri Həsən Sultan oğlu Zeynalovu vəzifəsindən geri çağırıb.
Globalnews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Prezident bu barədə sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə Qismət Füzuli oğlu Gözəlov Azərbaycanın Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.