Analitika

Türkmənistanda keçirilmiş Zirvə görüşü Türk dünyası üçün əlamətdar hadisələrdəndir

Azərbaycan, Türkiyə, Türkmənistan əməkdaşlığının dövlətlərarası dialoqu yüksələn səviyyədə beynəlxalq aləmdə qarşılıqlı dəstək və etimadla səciyyələnmişdir. Mərkəzi Asiya xalqları içərisində milli mənsubiyyət baxımından bizə ən yaxın olan xalqlardan biri məhz türkmənlər hesab edilir. Hər üç ölkə arasında münasibətlər, müxtəlif sahələrdə qarşılıqlı hörmətə əsaslanan sıx əməkdaşlığın  nəticəsində baş tutmuşdur.

Dekabrın 14-də qardaş ölkələr  arasında daha bir tarixi hadisəyə imza atılaraq, Türkmənistanda ilk dəfə olaraq Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin Birinci Zirvə Görüşü keçirildi. Azərbaycanın həm Türkiyə, həm də Türkmənistanla siyasi əlaqələri hər zaman yüksək səviyyədə olmuşdur. Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci il iyunun 9-da qurulub. 1999-cu ilin iyununda Türkmənistanın Bakıda, 2002-ci ilin oktyabrında isə Azərbaycanın bu ölkədə səfirliyi fəaliyyətə başlayıb. Son dövrlərdə isə iki ölkə rəhbərlərinin qarşılıqlı səfərləri intensiv xarakter alıb.

Qeyd edək ki, İlham Əliyevin Türkmənistana səfəri iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf edir. Artıq prezidentlərin növbəti Zirvə Görüşünün Bakıda keçirilməsi də qərara alınmışdır. Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin 2014-cü il iyunun 6-da Bodrumda, 2008-ci il noyabrın 29-da isə Türkmənbaşıda üçtərəfli görüşləri keçirilib.

Azərbaycan, Türkiyə, Türkmənistan arasında Birinci Zirvə Görüşünün Birgə Bəyanatının qəbul edilməsi, çoxşaxəli əməkdaşlığı əhatələyən sənədlərin imzalanması ,görülən bu işlərdə qətiyyətimizi göstərdi. Əminliklə söyləyə bilərik ki, liderlərin görüşü, imzalanan yeni sazişlər Azərbaycan, Türkiyə və Türkmənistan əməkdaşlığının daha da genişlənməsinə real zəmin yaradacaq.Əldə olunan razılaşmalar və ticarət, mədəniyyət, enerji, nəqliyyat kimi sahələrdə imzalanan müxtəlif sənədlər, şübhəsiz ki, TDT çərçivəsində hərtərəfli əməkdaşlığımızın daha da möhkəmlənməsinə və qarşılıqlı fəaliyyətin artırılmasına öz töhfəsini verəcək.

Hər üç ölkənin rəhbərləri Zirvə Görüşünün nəticələrini qiymətləndirməklə bərabər bu görüşlərin, imzalanan sənədlərin, dövlətlərin gələcək inkişafı, möhkəm və hərtərəfli əməkdaşlıqlar bundan sonra da davam etdiriləcək, eyni zamanda qardaş ölkələr arasında münasibətlər daha da güclənəcəkdir.

Leyla Fətəliyeva,
BQSK-nın metodisti

Oxşar Xəbərlər

Back to top button