
Türkiyənin “HÜRJET” reaktiv təlim və yüngül döyüş təyyarəsinin Hərbi Hava Qüvvələri Komandanlığına təhvil veriləcək ilk nümunəsi yerüstü və taksi sınaqlarından sonra ilk uçuşunu uğurla həyata keçirib.
Aktualinfo Media Qrup AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Respublikasının Prezident Administrasiyasının Müdafiə Sənayesi Baş İdarəsinin sədri Haluk Görgün açıqlayıb.
“Müstəqilliyimizi zəfərə aparan iradə bu gün milli aviasiyamızın qanadlarında yüksəlməyə davam edəcək” – deyən Görgün bu qürurun ərsəyə gəlməsində əməyi olan Hərbi Hava Qüvvələri Komandanlığı, “Turkish Aerospace Industries” (TUSAŞ) şirkətinin əməkdaşları, mühəndislər, texniklər və bütün tərəfdaşlara təşəkkürünü ifadə edib.



