Siyasət

Türkiyədə səfərdə olan YAP nümayəndə heyəti “Zübeyde Hanım Hizmetiçi Eğitim Merkezi”ndə sakinlərlə görüş keçirib

Qardaş Türkiyədə səfərdə olan Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Istanbulda “Zübeyde Hanım Hizmetiçi Eğitim Merkezi”ndə Qars, Ərdahan və İğdır sakinləri ilə görüş keçirib.

Globalnews.az xəbər verir ki, görüşdə Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri, İstanbul 1-ci bölgə millət vəkili Murat Kurum, İstanbul 3-cü bölgə millət vəkili Şamil Ayrım, AK Parti Ataşehir rayon təşkilatının sədri Burak Çiftçi, Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Milli Məclisin deputatları Elşad Mirbəşiroğlu, Vüqar İskəndərov, Ceyhun Məmmədov və Arzu Nağıyev çıxış edərək tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər və yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələrinin daim möhkəmləndiyini bildiriblər.

Sonra tədbir bədii hissə ilə davam etdirilib.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button