“Suriyanı terror yuvası olmaqdan xilas etmək lazımdır”.
Globalnews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Türkiyə İŞİD və PKK-nı məğlub edən yeganə ölkə və NATO müttəfiqidir. Biz bu təşkilatların dirçəlməsinə qətiyyən imkan verməyəcəyik ”, – Türkiyə lideri bildirib.
Suriyadakı hadisələrdən danışan Ərdoğan deyib: “Suriya qonşularının, dost və qardaş ölkələrin, Aİ və beynəlxalq təşkilatların güclü dəstəyi ilə sürətlə ayağa qalxmalıdır. Beynəlxalq ictimaiyyət Suriya xalqına 13 il ərzində lazımi dəstəyi göstərməyib. İndi bunu kompensasiya etmək mümkündür”.
Ərdoğan Dəməşqdəki Türkiyə səfirliyinin bərpası məsələsinə də toxunub: “Biz artıq 12,5 il sonra səfirliyimizi bərpa etmişik. Türkiyə bundan sonra da Suriyanın yanında olmağa davam edəcək”.