Analitika

Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar və üfüqlər açılır

“Bu gün regional işlərdə, hətta dünya miqyasında Türkiyə və Azərbaycan əməkdaşlığı və qardaşlığı önəmli amilə çevrilib. Hazırda iki ölkə arasında ticarət dövriyyəsi sürətlə artaraq 6 milyard dollara yaxınlaşıb. Heç kəsdə şübhə də yoxdur ki, bu rəqəm gələcəkdə daha da artacaq. Əlbəttə ki, əldə edilmiş bütün uğurların təməlində Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələri dayanır. Şübhəsiz ki, qardaş ölkədə keçirilmiş seçkilərdən sonra isə Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar və üfüqlər açılır”.

Bunu “Globalnews.az”a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Azərbaycan-Türkiyə əməkdaşlığı bütün sahələrdə konkret proqramlar əsasında inkişaf edir: “Bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi amili çox önəmlidir. Bu mənada, Türkiyə və Azərbaycan bundan sonra da xarici siyasət sahəsində vahid mövqedən çıxış edəcəklər. Azərbaycan Ordusu bundan sonra Türkiyə modeli əsasında inkişaf edəcək”.

Ramil Vəlibəyov əlavə edib ki, Azərbaycandan Türkiyəyə təbii qazın ixracı bundan sonra da artacaq: “Heç şübhəsiz ki, bərpaolunan enerji növləri üzrə əməkdaşlığın böyük perspektivləri var. Bu gün həm qaz, həm neft, həm neft məhsulları, neft-kimya məhsulları, elektrik enerjisi sahələrində də fəal əməkdaşlıq əlaqələri mövcuddur”.

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button