
Bu gün Türk Dövlətləri Təşkilatı (TDT), yalnız əməkdaşlıq platforması deyil, həm də ciddi geosiyasimərkəzlərdən biridir. Təşkilatın beynəlxalq səviyyədənüfuzunun artması məmnunluq doğurur. Ortaq tarixi vəetnik köklər, müştərək milli-mənəvi dəyərlər türkdövlətlərini bir ailə kimi birləşdirir. Çağdaş dünyada TDT–yə üzv dövlətlər coğrafi baxımdan təbii nəqliyyat, logistika, tranzit xətlərini təşkil edərək, Avropa və Asiya qitələriarasında körpü rolunu oynayır. Tarixi keçmişi, dil, mədəniyyət oxşarlığı və ümumi sayı təqribən 250 milyonnəfərə çatan türk xalqlarının birliyi dünya üçün birnümunədir.
Ötən həftə Prezident İlham Əliyevin Türk DövlətləriTəşkilatına üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləriilə görüşdəki çıxışı zamani səsləndirdiyi fikirlər Türkdünyası ilə strateji münasibətləri bir daha ortaya qoyur. Təbii ki, Türk Dövlətləri Təşkilatınin beynəlxalq arenadakımövqeyinin möhkəmləndirilməsi istiqamətində reallaşantədbirlər müsbət nəticə verib. Bu barədə ölkəmizin başçısıdeyib: «Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalqnüfuza malik olan bir təşkilatdır. Çünki müxtəlif formatlardamüzakirə olunan məsələlər beynəlxalq gündəliyi, beynəlxalq təhlükəsizliyi, multikulturalizm, ticarət, nəqliyyat, ümumilikdə humanitar əməkdaşlıqla bağlıməsələləri əhatə edir»
Qeyd edək ki, TDT-nin 2009-cu ildə Naxçıvandakeçirilmiş tarixi Zirvə görüşündən sonra təşkilatın nüfuzuvə səmərəli fəaliyyəti davamlı olaraq artıb. Belə ki, 2009-cu ilin oktyabrında türkdilli ölkələrin dövlət başçılarınınNaxçıvan Zirvə görüşündə saziş imzalandı və türkdillidövlətlər arasında əməkdaşlığın təsisatlanmış yeni formatıyaradıldı. Naxçıvan Sazişinə əsasən, müəyyən edilmişəsas fəaliyyət məqsədləri və vəzifələri, tərəflər arasındaqarşılıqlı etimadın möhkəmləndirilməsi, regionda vədünyada sülhün bərqərar edilməsi, xarici siyasətməsələlərinə ortaq yanaşmanın təşviq edilməsi, beynəlxalq terrorizm, ortaq maraq kəsb edən bütünsahələrdə regional və ikitərəfli əməkdaşlığıngücləndirilməsi və s. məsələlərə önəm verilir.
Təşkilatın qlobal arenada vacib aktora çevirən amillərisırasında əlbəttə ki, daxili siyasi və iqtisadi sabitlik, əhəmiyyətli geostrateji mövqe, nəqliyyat-logistikasahəsində böyük uğurlar, təbii resurslar və digərimkanlardır. Prezident İlham Əliyevin vurguladığı kimi, «Biz hamımız bunda maraqlıyıq. Təşkilata üzv ölkələrinrəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var. Ölkələrimizin potensialıkifayət qədər böyükdür və güclənməkdə davam edir. Biz çox geniş coğrafi məkanda yerləşirik. Ərazimizdən bu güntəkcə ölkələrimiz üçün deyil, daha geniş coğrafiya üçün dəmühüm rol oynayan ən vacib enerji və nəqliyyat yolları, dəhlizlər keçir»
Hazırda nəqliyyat və kommunikasiya əlaqələri TürkDövlətləri Təşkilatı çərçivəsində strateji əhəmiyyət daşıyır. Türk dünyasının nəqliyyat, kommunikasiya, tranzit və digəristiqamətlərdə potensialından istifadə məqsədilə görülənişlər qlobal əhəmiyyətə malikdir. Məlumdur ki, AzərbaycanŞərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin fəaliştirakçısıdır. Türk dövlətlərinin yerləşdiyi geniş Avrasiyaməkanı – Qafqazdan Mərkəzi Asiyaya, AnadoludanXəzərin şərq sahillərinə qədər uzanan strateji coğrafiya – nəqliyyat, enerji və mədəni-humanitar əlaqələr üçünmisilsiz imkanlar yaradır. Bu coğrafiya dünyanın ənmühüm ticarət marşrutlarının kəsişməsində yerləşir vəAvropa ilə Asiya arasında körpü rolunu oynayır. Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və Şərq–Qərb dəhlizikimi layihələr region dövlətləri arasında diplomatik vəsiyasi inteqrasiyanın dərinləşməsinə xidmət edir. Prezidentİlham Əliyev çıxışında deyib ki, TDT regionunun qərbindəvə şərqində də təşkilatımızın və onun beynəlxalqməsələlərdə, o cümlədən bağlantılar, nəqliyyattəhlükəsizliyi, enerji təhlükəsizliyi və ümumilikdətəhlükəsizliklə bağlı məsələlərdə müsbət rolunungüclənməsini böyük maraqla izləyirlər.
Ortaq dəyərlərimizlə, milli köklərimizlə, mədəniyyətimizlə, dilimizin, dinimizin eyniliyi ilə sıx bağlıolduğumuz türk xalqlarının birliyinin ən yüksək zirvəyəçatdığı tarixi məqamları yaşayırıq. Bu birliyin tarixi kökləri«Böyük İpək yolu» ilə də əlaqədardır. Türk dünyasıbirliyinə Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan Respublikası kimi müstəqildövlətlər daxildir. Birliyə daxil olan ölkələr arasında siyasi, iqtisadi, mədəni və hərbi sahələr üzrə əlaqələr getdikcəgenişlənir. Birliyin möhkəmlənməsi onun beynəlxalqnüfuzunun artmasına təkan verir. Əlbəttə ki, AzərbaycanTDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıqedir. Azərbaycan Prezidentinin təşkilata üzv ölkələrəçoxsaylı səfərləri, eləcə də, TDT-yə üzv dövlətlərinbaşçılarının Azərbaycana səfərləri bunun təzahürüdür. Türkdilli ölkələrin vahid platformada birləşməsi bu ölkələrarasında siyasi, iqtisadi, mədəni və digər sahələrdəəməkdaşlığın yüksələn xətlə inkişafına təkandır. Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiyafondları yaradıiıb. Ölkəmizin başçısı bu barədə deyib: «Yəni ölkəmizin ikitərəfli gündəliyi ilk növbədə Türkdünyası ölkələrinə yönəlib. Bu, açıq çıxışlarımda dəfələrləifadə etdiyim kimi, bizim əsas xarici siyasət prioritetimizdir. O cümlədən demişəm ki, Türk dünyası bizim ailəmizdir vəbizim başqa ailəmiz yoxdur».
İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri



