AnalitikaGündəmMədəniyyətSiyasət

Türk Dünyası ölkələri arasında əməkdaşlıq inkişaf edir

2024-ci il noyabrın 6-da Bişkekdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının 11-ci Zirvə Görüşü, Türk dünyası ölkələri arasında əməkdaşlığın daha da dərinləşməsinin mühüm əlamətidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu görüşdə çıxış edərək, təşkilatın inkişafı və regional əməkdaşlıq məsələləri ilə bağlı fikirlərini bölüşmüşdür. Prezident Əliyev, həmçinin Azərbaycan və qardaş Türk dövlətləri arasında münasibətlərin daha da möhkəmləndirilməsinə dair konkret təkliflər irəli sürmüşdür. Prezident İlham Əliyev, Türk Dünyası ölkələri arasında əməkdaşlığın inkişaf etdiyini və bu ilin son iki il ərzində Qırğızıstana etdiyi üçüncü səfərinin, ölkələr arasında mövcud dostluq əlaqələrinin bariz nümunəsi olduğunu vurğulamışdır.

Bu dövr ərzində Qırğızıstanda əldə edilmiş bütün uğurlara görə Prezident Əliyev, Qırğızıstanı təbrik etmiş və ölkənin inkişafının şahidi olduğunu qeyd etmişdir. Türk Dövlətləri Təşkilatının yaradılmasında Naxçıvan Sazişinin böyük əhəmiyyəti olduğunu qeyd edən Prezident, bu ilin Naxçıvan Sazişinin 15-ci ildönümü olduğunu xatırlatmışdır. Təşkilat bu müddət ərzində uğurlu inkişaf yolu keçmiş və əldə olunan uğurlar əməkdaşlığın möhkəmləndirilməsinə xidmət etmişdir. Həmçinin, Şuşa şəhərində keçirilmiş Dövlət Başçılarının qeyri-rəsmi Zirvə Görüşü çərçivəsində imzalanmış Qarabağ Bəyannaməsinin əməkdaşlığı daha da dərinləşdirəcəyinə əmin olduğunu bildirmişdir. Azərbaycan, Türk Dövlətləri Təşkilatına maliyyədəstəyi verəcəyini və təşkilatın büdcəsinin hədəflərin həyata keçirilməsi üçün yetərli olmadığına dair mövqeyini ifadə etmişdir. Bu çərçivədə, Azərbaycan Türk Dövlətləri Təşkilatının Katibliyinə 2 milyon ABŞ dolları, Ağsaqqallar Şurasına isə 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi verməyi planlaşdırır. Bu addım, təşkilatın potensialının daha da güclənməsinə böyük töhfə verəcəkdir. Prezident İlham Əliyev həmçinin, təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlığın böyük əhəmiyyəti kəsb etdiyini qeyd etmişdir. Dünyada artan təhlükələrin nəzərə alınaraq, ölkələr arasında hərbi təlimlərin və silahlı qüvvələrin iştirakı ilə keçirilən tədbirlərin daha da genişləndiyini bildirmişdir. Həmçinin, hüquq-mühafizə orqanları arasında əməkdaşlıq da güclənməkdədir. Azərbaycanın, Şərq-Qərb nəqliyyat dəhlizi üzrətranzit daşımaları ilə bağlı həyata keçirdiyi layihələr, regional əməkdaşlığın gücləndirilməsi və iqtisadi əlaqələrin inkişafına mühüm töhfələr verməkdədir. 2024-cü ilin yanvar-sentyabr aylarında tranzit daşımalarının həcminin 15 faizə yaxın artması, bu sahədəki uğurların əyani göstəricisidir. Eləcə də, rəqəmsallaşdırma və ticarətin asanlaşdırılması üzrə layihələr icra olunmaqdadır. İşğaldan azad olunan ərazilərdə genişmiqyaslı yenidənqurma və bərpa layihələrinin həyata keçirilməsi, həmçinin Böyük Qayıdış Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına geri dönməsi Azərbaycan dövlətinin humanitar fəaliyyətini və inkişaf məqsədlərini göstərir.

Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin Azərbaycanın yanında olmasının, yalnız sözlədeyil, əməldə də təsdiqləndiyini vurğulayan Prezident, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstanın dövlət və hökumət başçılarına təşəkkürünü bildirmişdir. Bu, təşkilatın birliyinin və əməkdaşlığının gücləndirilməsinə xidmət edir. Son olaraq, Azərbaycan Respublikasının COP29 iqlim konfransına ev sahibliyi etməsi, beynəlxalq aləmdə ölkəmizin yüksək hörmətini və dəstəyini nümayiş etdirir. Prezident İlham Əliyev, Türk Dövlətləri Təşkilatına üzv ölkələrin COP29 konfransında fəal iştirak edəcəyinə əmin olduğunu bildirmişdir. Bu çıxış, Azərbaycan Respublikasının Türk Dünyası ilə olan dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənəcəyinə və regional inkişafın yeni mərhələyə keçəcəyinə dair böyük ümidlər yaratmışdır. İnanırıq ki, İlham Əliyevin noyabrın 6-da keçirilən Türk Dövlətləri Təşkilatının zirvə görüşündə iştirakı, əsasən, Azərbaycan və digər türk dövlətləri arasında əməkdaşlığın gücləndirilməsi böyük məqsədi daşıyacaq. Bu görüşün nəqliyyat yollarının inkişafı, iqtisadi əlaqələrin artırılması, həmçinin müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi mühüm rol oynayacaq.

Həmçinin Azərbaycan işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işləri həyata keçirir, və burada qardaş ölkələrin dəstəyi ilə məktəblər və mədəniyyət mərkəzləri inşa edilir. Zənnimizcə, bu zirvə görüşü həmçinin Azərbaycan üçün, COP29 kimi beynəlxalq tədbirlərə ev sahibliyi etməzdən əvvəl, ölkənin beynəlxalq nüfuzunu gücləndirmək baxımındanda önəmli olacaq.

Rəna Borayeva,
Xəzər rayonu, 234 nömrəli məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button