Analitika

Türk dünyası ilə qurulan sıx əlaqələr yüksələn xətlə inkişaf edir.

Azərbaycan ,Türkiyə, Türkmənistan Respublikaları arasında ortaq tarix, eyni etnik kök, mədəniyyət və dinə sahib münasibətlər son illər yüksələn xətlə inkişaf edərək strateji səviyyəyə yüksəlməkdədir.

Son iki ildə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərində yüksək dinamika müşahidə olunur. Azərbaycan-Türkiyə-Türkmənistan dövlət başçılarının 13 dekabr tarixində Aşqabadda təşkil olunmuş Birinci Üçtərəfli Zirvə Görüşündə iştirak etməkləri bunu bir daha təsdiqləyir. Görüş Azərbaycan dövlət başçısı İlham Əliyev, Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, Türkmənistan dövlət başçısı Sərdar Berdimuhamedov arasında baş tutdu. Kongre Mərkəzində həyata keçən Zirvə görüşündə üç dost və qardaş ölkə arasında bütün sahələrdə, xüsusilə ticarət, enerji və nəqliyyat sahələrində əməkdaşlığın daha da dərinləşdirilməsi istiqamətində atılacaq addımlar müzakirə olunaraq, memoranduma imza atıldı.

Qeyd edək ki, ölkələrimiz arasında neft-qaz sahəsində əlaqələr xüsusi önəm daşıyır. Burada ötən ilin yanvarında Aşqabadda imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu”nu xüsusi vurğulamaq lazımdır.

Azərbaycan, Türkiyə və Türkmənistan dövlət başçılarının iştirak ilə keçirilən Zirvə Görüşü böyük əhəmiyyətə malikdir. Ölkələrimiz böyük bir coğrafiyanı əhatə edir və Avropa ilə Asiya arasında bağlantının yaranması zəncirinin vacib həlqəsinə çevrilmişdir. Azərbaycanın ərsəyə gətirdiyi Cənub-Şimal, Qərb-Şərq beynəlxalq nəqliyyat dəhlizləri, BTQ dəmir yolu, Bakı Beynəlxal Ticarət Limanı, Ələt Azad İqtisadi Zonası və yaxın zamanlarda açılacaq Zəngəzur dəhlizi ölkələrimizarası əməkdaşlığın möhkəmlənməsində əsas rol oynayacaq.

Azərbaycan Prezidenti cənab İlham Əliyev bütün Türk dünyası ilə  sıx münasibətdə olduğu kimi, eləcə də Türkmənistanla çox fəal siyasət aparır. Bununlada Türk Dövlətləri Birliyi yeni dünya nizamında gülclü siyasi, iqtisadi mərkəz kimi meydana gəlir və güclənir . Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev Türk dünyasının liderləri sırasındadır. Onun yüksək intellekti Türk dünyasına inteqrasiyasında xüsusi rola malikdir. Bundan sonrada ölkələr arası sıx münasibətlər bütün sahələr üzrə daha da genişlənərək öz töhfəsini verəcək.

Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button