Tarixin yaşanılacaq zamanlarında zəfər tariximiz şərəf tarixi olaraq vərəqlənəcək
Tarix salnaməmizin qızıl səhifələri… Necə fəxrlə səslənir.. Qürur hissi ilə deyirik ki, Qarabağ Azərbaycandır! Bu gün tariximizdə 25 oktyabr xüsusi qeyd edilir. Gözəl rayonlarımızdan biri olan Qubadlı üzərindən 25 oktyabr qara buludlar getdi.. Çünki bu torpağa Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və Azərbaycan ordusunun əzmkar mübarizəsi nəticəsində qayıtdıq.
Prezident İlham Əliyev çıxışında bildirmişdi ki , Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı. Bəli, belə də oldu. Unutmamalıyıq ki, Qubadlının azad edilməsi bir neçə gün çəkdi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Burada yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün isə ilk növbədə yüksəkliklər götürülməli idi. Ordumuz bunu bacardı necə deyərlər düşmənin qələmin qıraraq şanlı Azərbaycan bayrağını Qubadlı rayonunda dalğalandırdı.
Unutmamalıyıq ki, düşmənin işğalı nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılmışdır. Bu isə düşmənin vandalizmi adlanır. Beynəlxalq məhkəmədə onlar cavab verməlidirlər. Hələ də düşmənin havadalarları onların etdikləri əməllərə haqq qazandırır. Olsun, “it hürər karvan keçər”… Azərbaycan əzmkar mübarizəsi ilə tək düşmənə deyil, onun havadarlarına da yaxşıca dərs verdi. Düşmən bilməlidir ki, dəmir yumruq yerindədir.
Ələkbər Saleh,
YAP-ın fəalı