
Xalqın acı yaşantılarını özündə ehtiva edən, tarixiyaddaşımızın ən ağrılı həqiqəti-Xocalı faciəsinə həsrolunmuş Xocalı Soyqırımının Memorialının açılışıqəlbimizi riqqətə gətirdi. Ona görə ki, Ölkə Prezidentiİlham Əliyev bu kompleksin xalqın milli qürur rəmziolduğunu vurğulayaraq, bu abidənin siyasi və tarixiədalətin bərpası üçün önəmli mənbəni, Xocalıqurbanlarının yaddaşlardan silinməyəcəyini, gələcəknəsillərə tarixi həqiqətlərin ötürüləcəyini şərtləndirənamil kimi xalqın unudulmaz yaddaşının təməli, Azərbaycan üçün milli rifahın, həmrəyliyin vədövlətçiliyin dayanıqlılığının dəyərli təminatı hesabetdi.
Memorial Kompleksində Xocalı faciəsi təkcəazərbaycanlıların deyil, bəşəriyyətin sınağı, milli oyanış simvolu, türk dünyasının ortaq dərdi, milli müqavimətin başlanğıcı, ədalətin bərpası, xalqınyaddaşını oyadan hadisə kimi təqdim olunur. Buradaşahid xatirələri, psixoloji travma, qaçqın həyatı, zəfər, doğma torpaqlara qayıdış əsas mövzudur. Xocalıhadisələrinin həqiqətlərinin dünyaya çatdırılmasınıgöstərən sənədli filmlər, fotolar, bərpa və qayıdışlabağlı mühüm sənədlər diqqət çəkən nümunələrdir.
Bəli, Xocalı Soyqırımı Memorialı tarixiyaddaşımızın dəhşətlərini, həm də igid oğullarımızınqazandığı zəfərin, bu zəfərin qazanılması uğrundacanlarını qurban verən şəhidlərin xatirəsinin rəmzidir. Xalqın mübarizə ruhunu və tarixinin simvolunaçevrilmiş Memorial milli kimliyin və milli qürurun, xalqın birlik və gücünün qələbəsinin təntənəsidir.
Bu gün Xocalı Soyqırımında vəhşiliklə qətləyetirilənlərin ruhu rahatlıq tapmışdır. Çünki, həmingecənin acılı-ağrılı dəhşətlərini yaşayanların övladlarıöz doğma yurdlarına qayıdır. 44 günlük müharibədəgöstərilən misilsiz şücaət, Ali Baş Komandanınətrafında sıx birləşən sarsılmaz Azərbaycan Ordusuqamətimizi dik, başımızı uca etdi.
Bu Memorial zamanın axınına qarşı duran biryaddaş sütunu kimi keçmişi bu günə gətirərək, gələcəknəsillərə ötürəcəkdir. Azərbaycan xalqının mübarizəiradəsini, milli qürurunu, tarixi varlığını özündəsimvolizə edəcəkdir. Gələcək nəsillər yalnız zəfərideyil, həm də zəfərin qazanılmasında mühüm rolu olanxalqın mənəvi gücünü, fədakarlığını, şəhidlərimizinqəhrəmanlığını, qələbə naminə canından keçməyəhazır olan qazilərimizin mübarizliyini dərk edəcəklər.
Xocalı Soyqırımını, Ermənistan dövlətinin bizimxalqa qarşı törətdiyi insanlığa sığmayan cinayətləriunutmaq mümkün deyil. Bizə qürür verən odur ki, müharibədə qələbə qazandıq, torpaqlarımızı azad etdik, ərazi bütövlüyümüz və suverenliyimiz bərpa olundu.
Xocalıda aparılan quruculuq işləri ümidin,nikbinliyin, doğma yurd yerlərinə qayıdışıngerçəkləşdiyinin rəmzidir. Tarixi ədalətin, qələbənintəcəssümü olan qayıdış Xocalı şəhidlərinin ruhunadərin hörmətin ifadəsidir. Doğma yurda qayıdansakinlərin məmnun çıxışlarında Ölkə Prezidentinindövlət səviyyəsində diqqət və qayğısına təşəkkürlərinibildirir, şəhidlərimizə rəhmət, qazilərimizə cansağlığıdiləryirlər. Şəhid olmuş əzizlərini xatırlayaraq, kövrələrək torpaqların işğaldan azad olmasını onlarınruhuna dinclik gətirdiyini qeyd edirlər, qələbə hissini, sevincli anları vurğulayırlar.
Bu qayıdış zəfər gücümüzün, uzaqgörən xaricisiyasətin, Qüdrətli Ordumuzun, dönməz dövlətçilikəzmininin uğurlu nəticəsidir. Qələbəmizdən, davamlıuğurlarımızdan fərəhlənərək doğma Azərbaycanımızınvətəndaşı olmaqdan qürur duyuruq.
Gültəkin Əliyeva,
Bakı Slavyan Universitetinin dosenti



