
İstənilən tarixi kontekst bədii düşüncədə öz əksini tapa bilir.Bədii düçüncədə insanı dərk tarixən müxtəlif şəkildə təzahür etmişdir.Buna görə də qadın və onun xarakteri, gözəlliklərinin etik-estetik qavranılmasının prinsipləri onun mənsub olduğu zamanla, məkanla bağlı ideya-mənəvi görüşlərindən asılı olaraq dəyişikliklərlə sərgilənməyə başlamışdır. Bu prinsiplər hər bir tarixi dönəmdə qadını yenidən dərketmə, duyma və bədii dyərləndirmə əsasında formalaşmışdır. Qadının etik-estetik dəyəri, bədii funksiyası ədəbiyyatın mərkəzi obrazlarından olan insana münasibətdə zəngin məzmunluluq kəsb etməklə yanaşı, qadın özü seçilən bir poetik obraza çevrilmişdir.Bir obraz kimi ədəbiyyatda həyati və ilahi məzmun qazanmış qadın çoxçalarlı funksiyaya malik olduğu üçün qadın obrazına bədii-yaradıcı münasibəti azərbaycan tarixində və ədəbiyyatında bir neçə istiqamətdə qruplaşdırmaq olur.Qadın ulu ana kompleksinin ifadəçisi kimi, qadın əbədi başlanğıca aparan məşuq kimi, qadın Vətən atributu kimi, qadın xalqın milli-əxlaqi keyfiyyətlərinin daşıyıcısı və qoruyucusu kimi, qadın arxa, ana, həmdəm, bacı, inana xas olan xüsusiyyətlərin daşıyıcısı kimi, qadın sevgili kimi, qadın sosial hüququ və fəallığı olan vətəndaş kimi və s.
Ümumiyyətlə, tarixi ənənələrimizə bağlı olan Azərbycan qadınının məşəqqətli həyatını göstərməyə əhəmiyyətli dönüş ədəbiyyatşünaslıqda XX əsr Azərbaycan tənqidi realist nəsrinin üzərinə düşmüşdür.Çünki, qadına və ümumiyyətlə, başqa hüquqsuz zümrələrə qarşı da formalaşmış stereotipləri qırmaq baxımından XX əsrin başlanğıcı və həmin dövrün əsas ədəbi təmayüllərindən biri olan tənqidi realizm xalqın ədəbi-tarixi yaddaşında önəmli yer qazanmışdır.Nurillin tənqidi realizmdən bir metod mənasında danışarkən onun cəmiyyəti daha dolğun əks etdirmə imkanlarını göstərir və qeyd edir ki, “Tənqidi realizm elə bir realizmdir ki, o, ayrı-ayrı adamların qüsurlarını ifşa etmir, mövcud ictimai qaydaların əsaslarını tənqidə məruz qoyur, ədalətsiz cəmiyyətin təməlini sarsıdır.Qulyayev isə belə qeyd edir ki, “Tənqidi reazlim yaaradıcılıq üsulundan istifadə edən ədiblər, ancaq insanın xarici hərəkətlərini təsvir etmir, eyni zamanda onların psixoloji motivlərini və ən əsası isə onları bu hərəkətlərə məcbur edən ictimai şərtləri göstərirdilər”.Biz də tarixə nəzər saldıqda qadının psixoloji yaşantılarını mövcud ictimai qaydalar və şərtlərin təsiri rakursundan təhlil etdikdə qadın obrazına milli və dini kontekstdə yanaşmamızdan yan keçə bilmirik.Çünki, qadının hüquqlarını buxovlayanlar çox vaxt dinimizə və milli dəyərlərə söykənərək onları öz mənafelərinə uyğunlaşdırırdılar.Çünki, patriaxal aləmdə qadına münasibətdə cəmiyyət formalaşdırdığı normaları dinin adı altında stereotipləşdirirdi. Azərbaycan tarixində Vətən qızının rolu böyük olsa da yuxarıda sadaladığımız stereotipləşmələr nəticəsində Azərbaycan qadınının aktiv olduğu rolu arxa planda qalmışdır.Uzun illər həyat təcrübəsi istənilən situasiya üçün adekvat reaksiya və normalar müəyyənləşdirmişdir.Həmin normalar bəzən şüurlu, bəzəndə instinktiv fəaliyyət göstərmişdir. Ümumi mənada isə qadın qadın tarix boyu etnik-milli düşüncədən çıxış edərək müəyyənləşdirilmiş normativlərin birbaşa əsirinə çevrilmişdir.Bu normativlər heç də həmişə milli düşüncəni ifadə etməmişdir.Lakin mühitin sosial vəziyyəti sanki normativlərin sifarişçisi rolunu üstünə götürmüş və milli-dini bazanı hakim dəyərlərin saxta müdafiəçisinə çevirmişdir.Qadının arzu və istəyindən asılı olmayaraq həyatı stereotip davranış prinsipləri ilə məhdudlaşdırılmışdır. Lakin tarixi ənənələrimizə bağlı olan tənqidi realst poeziyamızda bu tendensiya yeni keyfiyyət dəyişmələri ilə diqqəti cəlb edə bildi.Həmin dövrdə qadına qarşı dəyişilən maraq və münasibət bilavasitə onunla sıx bağlı olan mövzuların bədii həllinədə köklü təsir edə bildi.Qadını və ona bəslənən münasibətin insanı dəyərləndirmə vasitəsinə çevrilməsi yaradıcı təfəkkürdə qadına qarşı dəyişilən marağın ən xarakterik cizgilərindən oldu.Tənqidi realist poeziyada qadının real vəziyyətinin duyumu və görümü M.Ə.Sabir, Ə.Nəzmi, Ə.Qəmküsar, C.Cabbarlı kimi şairlərin yaradıcılığında fərdi üslubi keyfiyyətlər qazanaraq ifadəsini tapdı.Bu əsasən poetik ifadədə qadının lirik “mən” inin açılmasında, təsvir obyektinin ümumiləşdirilərək əxlaqi mətləblərin ifadəsinə yönəldilməsində tənqid yolu ilə ibrətamiz məzmun almasında özünü göstərdi.
Bildiyimiz kimi hər dövrdə ədəbiyyatın həyata və obrazlara münasibəti yeni aspektlərlə üzə çıxır. Hər bir millətin özünün arxetip daşıyıcıları olmasına baxmayaraq, onlar dəyişikliyə məruz qala bilir. Azərbaycan ədəbiyyatında da xüsusilə klassik poeziyanın qadını, yəni dilbəri(məşuq)arxetipi dəyişikliyə məruz qalaraq bir çox ədiblər kimi M.Ə.Sabir yaradıcılığında da dekonstruktiv keyfiyyətlərlə üzə çıxır. Akademik problemə insan konsepsiyası baxımının dəyişilməsi kontekstində nəzər sala bilir.Beləliklə demək olur ki, Azərbaycan tarixində rol oynamış Vətən qızı atributu Azərbaycan ədəbiyyatında da özünü tarixi obraz kimi formalaşdıra bilir.
Sədaqət Əsgərova,
Bakı Slavyan Universitetinin dosenti



