Analitika

Tarixi hadisə

Qırx dörd günlük Vətən müharibəsi zamanı düşmən üzərində qazanılan hərbi-siyasi qələbə otuz illik vətən həsrətinə son qoydu. Ölkəmizin beynəlxalq səviyyədə tanınan əraziləri işğaldan azad edilərək suveren ərazi bütövlüyü bərpa edildi. Qələbə qazanmağımızın başlıca səbəbləri güclü ordumuzun və Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin güclü siyasətinin nəticəsidir. Məhz onun siyasəti nəticəsində Azərbaycan regionda ən güclü dövlətə çevrildi. Bu səbəbdən Azərbaycan bu gün dünyanın qlobal forumlarına ev sahibliyi edir. Azərbaycanın regionda söz sahibi olması iqtisadi gücünün artması nəticəsindədir. Həmçinin iqtisadi sahədə həyata keçirilən islahatları biz ölkənin iqtisadi qüdrətinin yüksəlişində, 44 günlük müharibə dövründə qazandığımız qələbədə, ordu quruculçuğunun möhkəmlənməsində, eləcə də Azərbaycan xalqnın birliyində bir daha gördük.

Böyük Qələbə Azərbaycan dövlətinin hərbi gücünün təzahürüdür. İkinci Qarabağ Müharibəsi ordumuzun gücünün, dövlətimizin müasirliyinin göstəricisidir. Azğın düşməni torpaqlarımızdan qovmağa, yüksək peşəkarlıq, güc, məharət, müasir hərbi elm sayəsində nail olduq. Lakin işğaldan azad olunmuş torpaqlara “Böyük Qayıdış”a tam hazır olmaq üçün yalnız qələbə qazanmağımız kifayət etmir. Əldə olunan tarixi zəfərimizin məntiqi ardıcıllığını davam etdirməliyik. Bu isə dövlətimizin bu sahədə həmin əraziləri cənnətə çevirmək yolunda böyük quruculuq işlərinin görülməsindən başlamışdır. Eyni zamanda Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası və Azərbaycan sərhədlərinin bütövlüyünün təmin olunması,həmin ərazilərdə yeni idarəetmə institutunun tətbiqi ilə bağlı böyük layihələr həyata keçirilir.

O cümlədən, Azərbaycan-Ermənistan sərhədində Laçın rayonu ərazisində Hərəki çayının üzərində 23 aprel 2023-cü il tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsi quruldu. Sərhəd-buraxılış məntəqəsi Azərbaycanın suverenliyini və təhlükəsizliyini qorumaq üzrə, Ermənistanın bu marşrutdan Azərbaycan ərazisində qeyri-qanuni silah, sursat, mina və xarici terrorçuların daşınması, habelə bu ərazidən təbii sərvətlərin qanunsuz çıxarılması və daşınması kimi qeyri-qanuni və hərbi digər fəaliyyətlər üçün ardıcıl və açıq-aşkar sui-istifadə etməsinin qarşısını almaq məqsədilə yaradılıb.

Laçın sərhəd nəzarət buraxılış məntəqəsinin yaradılması ölkəmizin suveren hüquqları çərçivəsində atılmış legitim əsaslı addımdır. Belə ki, Laçın ölkəmizin tarixi və bölgə üçün əhəmiyyətli ərazisi olduğundan burada həyata keçiriləcək tədbirlər,o cümlədən, sərhəd-buraxılış məntəqəsinin yaradılması da ölkəmiz üçün böyük əhəmiyyət kəsb edir. Dövlət təhlükəsizliyimizə yönəlik təhdidlərə qarşı suveren ərazimizdə sərhəd-buraxılış məntəqəsi beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq tənzimlənir. Sərhəd təhlükəsizliyimizin təmin olunması ölkəmizin milli təhlükəsizliyi ilə yanaşı, qanunun aliliyinin də tələbidir.

Beləliklə, Laçında, Hərəki çayının üzərində Laçın sərhəd-buraxılış məntəqəsinin qurulması böyük zəfərdən sonra əldə edilmiş əhəmiyyətli hərbi-siyasi qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Fəxarət rəmzimiz, üçrəngli ay-ulduzlu dövlət bayrağımız sərhəddə dalgalandırıldı. Bununla da, Azərbaycan sərhədlərinin bütövlüyü təmin olundu. Hal-hazırda Azərbaycanın öz iqtisadi potensialından, idarəetmə resurslarından səmərəli istifdə etməklə yaxın və uzunmüddətli perspektivdə dayanıqı inkişafa nail olacağını əminliklə deməyə əsas verir. Regionlarda sosial-iqtisadi sahədə qazanılan uğurlar ümumilikdə Azərbaycanın yüksəlişinə önəmli töhfə verəcək, regionların inkişafını daha da sürətləndirəcək.

Hacızadə Günay,
Xəzər rayonu, 234 nömrəli tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button