Analitika

Tarixi ədalətin bərpası

1988-ci il 18 sentyabr tarixində erməni seperatçıları Xankəndi şəhərində yaşayan azərbaycanlılara qarşı terror hərəkatı başlatdı. Onların gözləri qarşısında evlərini yandırdılar, mülklərini talan etdilər, əli yalın, silahsız, müdafiəsiz vətəndaşlarımıza hücum etdilər və onlara qarşı etnik təmizləmə cinayəti həyata keçirdilər. Həmin vaxt insanlarımız böyük qəzəb hissi ilə alışıb yanırdı, əlacsızlıqdan, böyük kədər hissi ilə qəlblərində düşünürdülər: Bizim qisasımızı kim alacaq?

35 il sonra, erməni terrorunun səhəri günü 2023-ci il 19 sentyabr tarixində antiterror tədbirlərinə başlanıldı. 23 saatlıq lokal xarakterli antiterror tədbirləri nəticəsində 90-dan artıq döyüş mövqeyi və bir sıra əhəmiyyətli obyektlər nəzarətə götürüldü. Qarabağdakı qondarma rejim ağ bayraq qaldırdı, təslim oldu. Bununla da Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuz tarixi ədaləti bərpa etdi, həm də 1988-ci ildə erməni terroruna məruz qalan xalqımızın qisasını aldı. İlham Əliyev bizə şərəfimizi geri qaytardı, xalqımızı ulu etdi.

Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. Müraciətdə deyilir,sentyabrın 19-da səhər ermənisilahlı birləşmələrinin törətdikləri terror

aktı nəticəsində 6 Azərbaycan vətəndaşı onlardan ikisi mülki şəxs mina terrorunun qurbanı olmuşdur. İkinci Qarabağ savaşı başa çatandan sonra bu günə qədər 300-dən çox Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olmuşlar. Azərbaycan dərhal lazımi addımlar ataraq düşməni layiqincə cəzalandırmışdır. Lokal xarakterli antiterror tədbirlərinə başlanıldı və qarşıda duran vəzifələr cəmi bir gün ərzində yerinə yetirildi. Azərbaycan öz suverenlyini bərpa etdi. Hərbçılərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq, göstərdilər. Düşmənin silah və texnikalarının böyük hissəsi sıradan çıxarılmışdır. Əfsuslar olsun ki, antiterror tədbirləri nəticəsində şəhidlərimiz olub. Allah bütün şəhidlərə rəhmət eləsin. Yaralı əsgər və zabitlərimiz olub. Allah onlara şəfa versin. Onlar vətən yolunda, haqq-ədalət yolunda, Azərbaycanın suverenliyi yolunda öz canlarını fəda etmişlər. Onların əziz xatirəsi bizim qəlbimizdə əbədi yaşayacaq.

Bu gün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabr 21-də Yevlaxda görüş keçirildi. Bu günün həm də böyük rəmzi mənası var. Çünki bu gün, həm də Ermənistanın müstəqillik günüdür. Vaxtilə AXC qurucularının onlara bağışladığı İrəvan hesabına qurulan, müxtəlif dövlətlərin himayədarlığı hesabına yaşayan və bu gün hər kəsə xəyanət edən, hər kəsə yük olan Ermənistan dövləti xəstə təfəkkürün və yanlış ideologiyanın əsirinə, sonra da qurbanına çevrildi. Ermənistanın yeganə qurtuluşu isə bu ideologiyadan tamamilə imtina etməkdir.

Bizə xor baxanlar, torpağımıza göz dikənlər, uğurumuzu həzm edə bilməyənlər heç vaxt unutmasınlar ki, “dəmir yumruq” yerindədir və hər zaman yerində olacaq.

Heç kim unutmasın , Qarabağ Azərbaycandır!

Əhmədova Şükufə,
Xəzər rayonu, Ə.Əliyev adına 125№-li tam orta məktəbin ,
Azərbaycan dili ədəbiyyat müəllimi  

Oxşar Xəbərlər

Back to top button