Gündəmİdman

Tanınmış braziliyalı futbolçu “Fənərbağça” ilə müqavilə bağlamaq üçün bu gün İstanbula gələcək

Türkiyənin “Fənərbağça” komandası yeni futbolçu ilə razılığa gəlib.

Globalnews.az “TRT Spor”a istinadən xəbər verir ki, İstanbul təmsilçisi Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən Anderson Taliska ilə anlaşıb. 30 yaşlı braziliyalı yarımmüdafiəçi müqavilə bağlamaq üçün bu gün Bakı vaxtı ilə saat 22:00-da Türkiyədə olacaq.

Qeyd edək ki, 2016-2018-ci illərdə “Beşiktaş”ın formasını geyinən A.Taliska “ağ-qaralar”la Türkiyə çempionu olub.

Oxşar Xəbərlər

Back to top button