AnalitikaGündəmSiyasət

Tacikistanın Uğurlu İnkişaf Yolu və Azərbaycanla Dostluq Əlaqələri

Qardaş Tacikistan xalqını Prezidentin uzaqgörən rəhbərliyi altında əldə olunmuş uğurlar və nailiyyətlər münasibətilə səmimi qəlbdən təbrik etmək istərdim. Tacikistan bu gün Mərkəzi Asiyada sabitlik, milli həmrəylik və davamlı inkişaf nümunəsi kimi çıxış edir. Ölkənin dövlət idarəçiliyi sistemində həyata keçirilən islahatlar, sosial-iqtisadi proqramların ardıcıl icrası və regional əməkdaşlığa yönəlmiş siyasət onun strateji mövqeyini daha da gücləndirmişdir.

Tacikistan Respublikasının Prezidenti cənab Emoməli Rəhmonun rəhbərliyi ilə həyata keçirilən inkişaf strategiyası ölkədə sabit siyasi mühitin qorunmasına, iqtisadi artımın təmin edilməsinə və vətəndaş rifahının yüksəldilməsinə şərait yaradıb. Müasir çağırışlar fonunda Tacikistanın əldə etdiyi nailiyyətlər, dövlətin milli maraqlar əsasında yürüdülən siyasətinin effektivliyini bir daha nümayiş etdirir.

Tacikistan xalqının dövlətçilik ənənələrinə sadiqliyi, milli birliyi və gələcəyə inamı ölkənin dinamik inkişafının əsas hərəkətverici qüvvələrindəndir. İctimai-siyasi sabitlik, güclü idarəetmə mexanizmləri və vətəndaş həmrəyliyi Tacikistanın müstəqillik illərində qazandığı ən mühüm dəyərlər sırasındadır.

Azərbaycan və Tacikistan arasında formalaşmış dostluq və strateji əməkdaşlıq münasibətləri regionda sülhün, qarşılıqlı etimadın və inkişafın möhkəmlənməsinə xidmət edir. Hər iki dövlətin rəhbərləri arasında qarşılıqlı hörmət və anlaşma prinsiplərinə əsaslanan münasibətlər xalqlarımızın ortaq dəyərlərinə söykənir və gələcək nəsillər üçün möhkəm təməl yaradır.

Tacikistan xalqına bundan sonrakı fəaliyyətində sülh, sabitlik və tərəqqi arzularımı bildirirəm. Əminəm ki, Prezidentin müdrik rəhbərliyi ilə Tacikistan daha böyük uğurlara imza atacaq, regionda sosial-siyasi sabitliyin və iqtisadi inkişafın mühüm dayaqlarından biri olaraq qalacaqdır.

Afaq Mustafayeva,
YAP Xəzər rayon təşkilatının mühasibi

Oxşar Xəbərlər

Back to top button