AnalitikaGündəmSiyasət

Şuşanın Qəlbində Səslənən Əbədi Sözlər

Bu sözlər – bir millətin qəlbindən gələn nidanın, bir xalqın möhtəşəm dirçəlişinin ifadəsidir. Prezident İlham Əliyevin “Əziz Şuşa, sən azadsan!” kəlmələri tarixə həkk olundu və azadlığın simvoluna çevrildi. Bu cümlələr təkcə bir şəhərin deyil, bütöv Azərbaycanın ruhunun dirçəliş anı idi.
“Biz qayıtmışıq!” — bu, təkcə bir bəyannamə deyil, əsrlərin həsrətinə verilən cavab idi. Şuşaya qayıdış xalqın öz tarixinə, kimliyinə, mədəniyyətinə dönüşüdür. Hər daşında musiqi səslənən, hər nəfəsində vətən qoxusu duyulan Şuşa, indi yenidən həyat tapır.
“Biz səni dirçəldəcəyik!” — bu vəd artıq reallığa çevrilir. Yenidən bərpa olunan küçələr, dirçələn abidələr və səslənən muğamlar Şuşanın yenidən doğulduğunun əlamətidir. Azərbaycan xalqı tarix boyu olduğu kimi, bu gün də öz dəyərlərinə sahib çıxmağın qürurunu yaşayır.
“Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” – bu sözlər artıq xalqın yaddaşında deyil, torpağın öz yaddaşında əks-səda verir. Onlar hər bayrağın dalğalanışında, hər ucalan abidədə təkrarlanır. Bu, qələbənin, birliyin və əbədi müstəqilliyin simvoludur.

Fatimə Axundzadə,
YAP Xəzər rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button