Analitika

Şuşa Bəyannaməsi tarixi anlaşma

Azərbaycanla Türkiyə tarixdə indiki qədər bir-birinə bu qədər yaxın olmayıb. Müttəfiqlik daha çox 2000-ci illərdən etibarən formalaşmağa başladı. Tək siyasi təmaslar səviyyəsində deyil, iqtisadi əlaqələr, enerji layihələri də bu iki dövləti bir-birinə bağladı. Türkiyənin 44 günlük Qarabağ müharibəsində Azərbaycana siyasi dəstəyi oldu, şəxsən Prezident Rəcəb Tayyıb Ərdoğan bu müharibədə Azərbaycana misilsiz siyasi dəstək verdi. Bu dəstək Azərbaycana qarşı kənar müdaxilələrin neytrallaşmasında ciddi rol oynadı. Müharibədən sonra Şuşa Bəyannaməsinin imzalanması isə faktiki olaraq hərbi-strateji müttəfiqliyimizin rəsmiləşməsi oldu.

Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Bəyannamə sayəsində Türkiyə və Azərbaycan münasibətləri rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir.Şuşa Bəyannaməsi əhatəli sülhə yol açır. 

Şuşa Bəyannaməsi Azərbaycanın siyasi, diplomatik və iqtisadi uğurudur. Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkənin beynəlxalq nüfuzunu artıracaq.

Prezident İlham Əliyev  müraciyətində qeyd etmişdir: “İki qardaş ölkə arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi Türk dünyasının parlaq şəxsiyyətləri – “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” deyən Mustafa Kamal Atatürkün və “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” deyən Heydər Əliyevin irsinə sadiqliyin ifadəsi, gələcək nəsillər üçün örnəkdir. “Şuşa Bəyannaməsi” çoxşaxəli münasibətlərimizin ən yüksək zirvədə olduğunu göstərən mühüm sənəddir”.

Mətanət Cəfərova,
YAP fəalı

Oxşar Xəbərlər

Back to top button