Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini artırır
Türkiyə-Azərbaycan münasibətlərinin çox dərin kökləri var. Azərbaycan-Türkiyə münasibətləri Ümummilli lider Heydər Əliyevin “Bir millət iki dövlət” və Mustafa Kamal Atatürkün “ Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunur. Bu münasibətlər Prezident ilham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi ilə özünün zirvə mərhələsinə qədəm qoydu.
Çünki düz yüz il əvvəl imzalanan Qars müqaviləsinə istinadən hazırlanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi müstəsna siyasi dair Şuşa Bəyannaməsi müstəsna siyasi və tarixi əhəmiyyətə malikdir.
Azərbaycanla Türkiyənin regional və beynəlxalq çəkisi artır. Prezident İlham Əliyev iyunun 15-də Şuşa Bəyannaməsinin imzalamsından sonra Türkiyə respublikasının Prezident Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatlarla çıxışında Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” tarixi sözlərinə istinad edərək “ Biz bu vəsiyyətə sadiklik və XXI əsrdə azad edilmiş Şuşada Müttəfiqlik Bəyannaməsini imzalayarkən əcdadlarımıza sadiqliyimizi nümayiş etdiririk və gələcək nəsillərə yol göstəririk “- deyə, qeyd etdi. Buna görə də Şuşa Bəyannaməsi məhz keçmişə sadiqlik, gələcək üçün isə yol göstəricisi kimi xarakterizə olunur.
Bu sənədlə ümumi maraqların qorunmasında imkanların qorunmasında imkanların birləşdirilməsi, eləcədə müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsi hər iki ölkənin regional və beynəlxalq rolunu və çəkisini artıracaq.
Məlumdur ki, Ermənistan 30 illik təcavüzün son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycan əərazi bütövlüyünün bərpa edilməsində Türkiyənin mənəvi-siyasi dəstəyi xalqımız tərəfindən yüksək qiymətləndirilir. Hazırda Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi bütün iqtisadi və nəqliyyat əlaqərinin bərpası, eləcədə region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində ölkəmizin birgə təşəbbüsləri bu sahədə ən gözəl nümunədir. Eyni zamanda, Qarabağda Türkiyə-Rusiya Birgə Mərkəzinin fəaliyyəti regionda sülhün bərqərar olunmasının təsirli mexanizmi kimi diqqət çəkir.
Bu sənədin tarixi–strateji əhəmiyyətindən biri də odur ki, burada ilk dəfə “Zəngəzur dəhlizi” ifadəsi işlədilir. Dövlət başçısı İlham Əliyev də mətbuata bəyanatında bu məsələyə xüsusi diqqət çəkdi. Bildirdi ki, bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapıb. Bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. ”Bu gün biz Türkiyəni və Azərbaycanı dəmir yolu ilə, avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışıq, bu dəhlizi əməli işlərlə yaradırıq. Müttəfiqlik haqqında imzalanmış Birgə Bəyannamə bu məsələnin əks olunması böyük məna daşıyır”-deməklə, Azərbaycan Prezidenti Zəngəzur dəhlizi ilə bağlı məsələyə tam aydınlıq gətirdi.
Şuşa bəyannaməsi həmdə regionun iqtisadi inkişafına xidmət edəcək. Çünki sənədə əsasən, ticarət-iqtisadi münasibətlərdə milli iqtisadiyyatların və ixracın şaxələndirilməsi üzrə səylərinin artırılması, malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlərin görülməsi nəzərdə tutulur. Həmçinin Cənub Qaz Dəhlizinin səmərəli şəkildə istifadə olunmasına və daha da inkişaf etdirilməsinə yünəldilmiş səylər alaqələndirilmiş şəkildə davam etdiriləcək. İntellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialının dahada inkişaf etdirilməsi, Azərbaycan və Türkiyə birləşdirən Zəngəzur dəhlizinin aşılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpa edilməsi, beynəlxalq nəqliyyatdəhlizlərinin inkişafının təşviq ediləcək.
Beləlikə, yuxarıda sadalanan mühüm amillərlə yanaşı, sənəddə türk dünyasının gücləndirilməsi, Türk həmrəylinin möhkəmləndirilməsi, diaspor fəaliyyətinin genişləndirilməsi, eləcə də medianın fəaliyyətinin əkmilləşdirilməsi ilə bağlı birgə fəaliyyətə dair konkret müddəaların yer alması bu bəyannamənin tarixliyini və əmiyyətini olduqca artırır.
Tam əminliklə deyə bilərik ki, Azərbaycan və Türkiyə arasında əlaqələrin yüksək səviyyəsi ümumilikdə regionun tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir. 44 günlük Vətən müharibəsi zamanı da dünya bir daha bunun şahidi oldu.
Hikmət Qasımov,
Xəzər rayonu, 323 nömrəli tam orta məktəbin müəllimi