Analitika

Şuşa Bəyannaməsi

Bildiyimiz kimi, 2021-ci il uyunun 15-də Azərbaycanın mədəni mərkəzi, müstəqilliyimizin simvolu olan Şuşa şəhərində Aqzərbaycan Respublikası və Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamə imzalanmışdır. Bu Bəyannamənin Azərbaycan üçün çox böyük tarixi əhəmiyyəti var. Bəyannaməni imzalamaqla hər iki dövlət bütün dünyaya bir daha bəyan etdi ki, Azərbaycan və Türkiyə bütün sahələrdə bir-biri ilə müttəfiqlik edəcək. Həmişə bir-birinin yanında olacaqdır. Vaxtı ilə Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” ifadəsi bu tarixi Bəyannamədə öz əksini tapmışdır. Bu sənədin imzalanması bütün dünyaya bir mesajdır.

Şuşa Bəyannaməsi – iki qardaş ölkə arasında mövcud olmuş tarixi müttəfiqliyin yeni mərhələsi deməkdir. Bu sənəd bir daha əyani şəkildə göstərir ki, Azərbaycan-Türkiyə əlaqələri bundan sonra yeni müstəvi üzərində qurulacaq və bütün sahələri əhatə edəcəkdir. Bu Bəyannamə ilə iki xakq arasında mədəni əlaqələr daha da möhkəmlənib inkişaf edəcək, iki ölkə arasındakı strateji əməkdaşlıq yeni mərhələyə qədəm qoyacaqdır. İstər iqtisadi, istər mədəni sahələrdə və istərsə də beynəlxalq münasibətlərdə hər iki ölkə bir müstəvidən çıxış edəcək və bir-birinin mənafeyini müdafiə edəcəkdir.

Şuşa Bəyannaməsi Qarabağda sülhün yaranmasına, bu sülhün möhkəmlənməsinə, başlıcası isə, Azərbaycan və Ermənistan arasında beynəlxalq tələblərə cavab verən möhkəm və etibarlı sülh müqaviləsinin bağlanmasına bir zəmin yaradır. Bəyannamə həmçinin Qarabağda yaşayan erməni əsilli vətəndaşların hüquqlarının qorunması üçün şərait yaradır. Beləliklə, bu sənəd hər iki dövlətin qonşu ölkələrlə sülh şəraitində yaşayacaını bildirən bir sənəd kimi böyük əhəmiyyətə malikdir.

Azərbaycan tərəfi üçün Şuşa Bəyannaməsinin böyük iqtisadi əhəmiyyəti var. Bu sənədin imzalanmasından ötən iki il ərzində işğaldan azad olmuş Qarabağda quruculuq işlərinin daha da sürətləndiyini və geniş miqyas aldığını görürük. Qarabağın inkişafına, yenidən qurulmasına beynəlxalq invesisiyaların çoxalmasının əsas səbəbi Azərbaycanıniqtisadi göstəricilərinin yüksək olması, siyasi sabitliyin qorunması ilə yanaşı Türkiyə ilə əməkdaşlığın Şuşa Bəyannaməsi ilə yeni mərhələyə qədəm qoymasıdır. Təsadüfi deyil ki, bu gün Qarabağa yatırım edən, orada quruculuq işlərində iştirak edən türk şirkətlərinin sayı artmaqdadır. Bu həm də dünyanın aparıcı şirkətlərinin Qarabağa marağının artmasına səbəb olan bir stimuldur.

Şuşa Bəyannaməsi – Ulu Öndər Heydər Əliyevin hər yerdə məşhur olan bir ifadəsini özündə əks etdirir: ”Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir. ”Bu ifadəAzərbaycan və Türkiyənin tarixən həmişə bir yerdə olduğunu, hər iki dövlətin bir kökə bağlandığını, hər iki dövlətinməqsəd və məramlarının eyni olduğunu ifadə edir. Bu Bəyannamə də iki dövlətin bundan sonra da bir yerdə olacaqlarını, bir məqsəd uğrunda birləşəcəklərini bir daha hamıya bəyan edir. XX əsrin əvvəllərində isə Mustafa Kamal Atatürkün də “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” sözləri Azərbaycan və Türkiyənin xoş gündə də, imtahan qarşısında olanda da bir-birinin yanında olduğunu ifadə edir. 2020-ci ildə ordumuz işğal olunmuş torpaqlarımızı azad etmək üçün 44 günlük zəfər yürüşünə başlayanda bizi müdafiə edən, bizim haqq işimizi dünyaya çatdıran, qələbəmizə sevinən Türkiyə idisə, 2023-cü ildə Türkiyədə baş vermiş zəlzələdə ilk köməyə gedən Azərbaycan idi, türk qardaşlarımızın kədərinə ürəkdən şərik çıxan xalqımız idi. Şuşa Bəyannaməsi bütün bunları özündə ehtiva edən bir tarixi sənəddir.

Bu gün Qarabağda gedən bütün işlərin, həyata keçirilən bütün nəhəng layihələrin, salınan yolların, tikilən şəhər və kəndlərin əsas istinad nöqtəsi Şuşa Bəyannaməsidir. Bu gün Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, həm də Türkiyə üçün böyük strateji və iqtisadi əhəmiyyət kəsb edir. Hər iki qardaş ölkənin maraqları burada birləşir və vahid strategiyaya çevrilir. Bu strategiya inkişaf və əməkdaşlığa aparan strategiyadır və hər iki xalqın gələcək inkişafı üçün möhkəm zəmin yaradır. Bu Bəyannamə ölkələrimizin təkcə bir-biri ilə yox, dünya ölkələri ilə də aparılan iqtisadi siyasətdə öz əksini tapır. Sənəddə Azərbaycan və Türkiyənin bütün ölkələrlə bərabər səviyyədə əməkdaşlıq etməyə hazır olduğu bəyan edilir.

Ölkəmizin müdafiə qabiliyyətinin artırılmasında, ordu quruculuğunda inkişafının təmin olunması Şuşa Bəyannaməsinin əsas maddələrindən biridir. 44 günlük Vətən müharibəsində Azərbaycana hərbi cəhətdən yardım edən, Azərbaycanı müdafiə edən Türkiyə bu sənəddə hərbi əməkdaşlığın bundan sonra da davam edəcəyini, daha da inkişaf etdiriləcəyini vurğulayır. Qarabağda ətrafında aparılan danışıq və görüşlərdə, ümumiyyətlə, Qarabağ siyasətində Türkiyə həmişə Azərbaycanı müdafiə etmiş və Bəyannamədən aydın olduğu kimi bundan sonra da müdafiə edəcəkdir. Bunun isə bizim üçün çox böyük tarixi əhəmiyyəti vardır.

Qarabağ müharibəsində Türkiyə bir dövlət və həm də bir millət kimi daim Azərbaycanla çiyin-çiyinə olmuş, Azərbaycana siyasi dəstək vermişdir. İki xalq arasındalkı bu yaxınlıq Balkan müharibəsində, Çanaqqala döyüşündə azərbaycanlı igidlərin türk qardaşları ilə birlikdə döyüşüb şəhadətə çatmaları tarixin yaddaşında əbədi qalacaq. Lazım gələrsə, Türkiyə də bu addımı atmağa hazırdır. Bu da Türkiyə-Azərbaycan əməkdaşlığının ümdə cəhətlərindən biridir və gələcəkdə də davam edəcəkdir.

Şuşa Bəyannaməsi həm ermənistandakı revanşist qüvvələrə, həm Qarabağdakı separatçı tör-töküntülərə, həm də Avropa və Amerikada fəaliyyət göstərən erməni lobbisinə bir xəbərdarlıqdır. Məlumdur ki, bu qüvvələr Qarabağda müxtəlif terror əməliyyatları təşkil etməklə sülh danışıqlarını yarıda kəsməyə və nəticədə sülh müqaviləsinin bağlanmamasına çalışırlar. Bəyannamə bir daha bildirir ki, Qarabağ Azərbaycan torpağıdır, Azərbaycan müstəqil dövlətdir, Ermənistan Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü tanımalıdır və ədalətli, beynəlxalq tələblərə uyğun olan sülh müqaviləsini imzalamalıdır. Ölkəmizə qarşı törədilən hər bir terror aktı isə layiqincə cavablandırılacaq, bu prosesdə də Türkiyə həmişə Azərbaycanın yanında olacaqdır.

Bu il iyunun 15-də Şuşa Bəyannaməsinin imzalanmasının ikinci ildönümü qeyd olunacaq. İnanırıq ki, bu sənəd hər iki dövlətin bundan sonrada uzun illərlə əməkdaşlığına, qardaşlığına aparan bir yol, hər iki ölkənin iqtisadi inkişafına, siyasi yüksəlişinə, beynəlxalq münasibətlərinin genişlənməsinə səbəb olan bir sənəddir. Bu Bəyannamə əsl türk-azəri qardaşlığının simvoludur.

Azərbaycan və Türkiyənin qardaşlığı və əməkdaşlığı əbədidir, bunun qarşısını heç bir qüvvə ala bilməz.

Yaşasın Azərbaycan və Türkiyə qardaşlığı!

Əliyev Akif ,
Xəzər rayonu, 119 nömrəli tam orta məktəbin müəllimi

Oxşar Xəbərlər

Back to top button