Şuşa Azərbaycan üçün milli qürurdur, milli mənlikdir, mədəniyyətdir, incəsənət mənbəyidir
Rəşadətli Ordumuzun Şuşaya bayraq sancması və bu xəbərin müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən xalqa çatdırılması 30 ildən sonra milli qürurumuzun da, mənliyimizin də, mədəniyyətimizin də, incəsənətimizin də, tariximizin də azad edilməsini, hətta yeni yüksəliş mərhələsinə çatmasını sübut etdi.
Şuşanın işğaldan azad olunması Qarabağın döyünən ürəyinin xilas olunması deməkdir. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində Azərbaycanın tarixi şəhəri, bütün Qafqazın mədəniyyət mərkəzi hesab edilən, öz hərbi-strateji önəmi ilə yanaşı, həm də mənəvi əhəmiyyəti olan Şuşanın şanlı ordumuz tərəfindən azad olunmasını bəyan etdi. Şuşanın azadlığı ordumuzun gücünün, xalqımızın birliyinin, Ali Baş Komandanımızın sərkərdəlik qabiliyyətinin təzahürüdür.
Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın mayın 10-da Füzuli və Şuşa şəhərlərinə səfəri işğaldan azad olunmuş bu ərazilərin bərpası istiqamətində yeni təməlqoyma mərasimləri ilə müşayiət olunub. Eyni zamanda, dövlət başçısı və birinci xanım görülən işlərlə yaxından tanış olublar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüş keçirilib.
İlkin mərhələdə birinci yaşayış kompleksinə köç qrafikinə əsasən 20 ailə olmaqla 88 nəfər köçürülüb. İyirmi üç binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Kompleksin təməli 2021-ci il avqustun 29-da qoyulub. Yaşayış kompleksi 28-i birotaqlı, 195-i ikiotaqlı, 190-ı üçotaqlı, 30-u dördotaqlı və 7-si beşotaqlı olan 450 mənzildən ibarətdir.
Prezident İlham Əliyev sakinlərlə görüşü zamanı çıxışında Şuşalıların hər birini təbrik etdi və vurğuladı ki, siz otuz iki il vətən həsrəti ilə yaşamısınız, amma bilirəm ki, bir an da Şuşanı unutmamısınız, bilirdiniz və inanırdınız ki, siz buraya qayıdacaqsınız deyə qeyd etdi.
Ölkə rəhbərinin qeyd etdiyi kimi, biz gəlmişik burada əbədi yaşamağa. Azərbaycan xalqı, şuşalılar bu torpaqda əbədi yaşayacaq, qurub yaradacaq və sonrakı nəsillərə əmanətlər qoyacaqlar. Əsrlər keçsə də Azərbaycanın şanlı bayrağı Şuşanın səmasında daim dalğalanacaqdır.
Tünzalə Əliyeva,
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının məsləhətçisi.