
Regional bağlantılar müasir beynəlxalq münasibətlərdə sabitliyin və inkişafın mühüm dayağı hesab olunur. Azərbaycan üçün bu yanaşma davamlı sülhün təmin olunması baxımından xüsusi əhəmiyyət kəsb edir. İqtisadi əməkdaşlıq, kommunikasiya layihələri və nəqliyyat xətləri ölkələrin bir-birinə inteqrasiyasını sürətləndirərək yeni reallıqlar formalaşdırır.
Sülh strategiyasının mərkəzində qonşu dövlətlər arasında qarşılıqlı asılılıq yaratmaq dayanır. Bu, münaqişə risklərini minimuma endirir və regionda uzunmüddətli təhlükəsizliyin təminatına çevrilir. Azərbaycanın təşəbbüskarı olduğu layihələr, xüsusilə də enerji və tranzit xətləri, regional sabitliyi möhkəmləndirir.
Əməkdaşlıq yalnız iqtisadi sahədə deyil, mədəni və humanitar müstəvidə də yeni imkanlar açır. Xalqlar arasında dialoq və qarşılıqlı anlaşma dərinləşdikcə, sabit və güvənli bir gələcək daha da yaxınlaşır. Bu, davamlı sülhün sosial əsaslarını gücləndirən mühüm faktordur.
Beləliklə, regional bağlantılar sadəcə kommunikasiya xətləri deyil, həm də xalqlar arasında etimad və qarşılıqlı hörmət körpüləridir. Azərbaycan bu konsepsiyanı həyata keçirməklə bölgənin gələcəyini barış və inkişaf üzərində qurmağa çalışır.
YAP Xəzər rayon təşkilatının fəalı
Turan Zeynalzadə