AnalitikaGündəmSiyasət

Strateji Sənədlərlə Dərinləşən Əməkdaşlıq

2025-ci il aprelin 2-də Azərbaycan və İran arasında iki mühüm sənəd imzalandı. Bunlardan birincisi, Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələri əhatə edən 2025-2027-ci illəri əhatə edən proqram idi. Bu sənəd diplomatik münasibətlərin koordinasiyalı şəkildə davam etdirilməsini və regional məsələlərdə sıx əməkdaşlığı nəzərdə tutur.

Siyasi Məsləhətləşmələr Proqramı iki ölkənin xarici siyasət orqanları arasında müntəzəm dialoqun təmin olunmasına, regional və beynəlxalq çağırışlara qarşı vahid mövqe formalaşdırılmasına imkan verəcək. Sənəd tərəflərin strateji maraqlarını nəzərə alaraq, qarşılıqlı hörmət və suverenliyə əsaslanan bir əməkdaşlıq modelini möhkəmləndirir.

İkinci sənəd isə media sahəsində əlaqələrin inkişafını hədəfləyən Anlaşma Memorandumu oldu. Medianın İnkişafı Agentliyi ilə İranın Mədəniyyət və İslami İrşad Nazirliyi arasında imzalanan bu sənəd jurnalistlərin qarşılıqlı səfərləri, birgə media layihələri və informasiya mübadiləsi kimi sahələri əhatə edir.

Hər iki sənəd göstərdi ki, Azərbaycan və İran yalnız siyasi sahədə deyil, mədəniyyət və informasiya platformalarında da tərəfdaşlıqlarını genişləndirməyə hazırdır. Bu razılaşmalar, iki dövlətin birgə gələcəyinə verilən önəmin simvolu kimi dəyərləndirilir.

Fatimə Axundzadə
YAP Xəzər rayon təşkilatının fəalı

 

Oxşar Xəbərlər

Back to top button