Strateji sahələrdə əldə olunmuş fundamental nailiyyətlər və dayanıqlı inkişaf xalqın seçimini müəyyən etmişdir
İham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib.11 aprel 2018-ci il tarixdə keçirilən Prezident seçkisində Azərbaycan xalqı öz Prezidentinə və iqtidarına inamını və güvənini bir daha rəsmiləşdirərək cənab İlham Əliyevi növbəti dəfə Azərbaycan respublikasının Prezidenti seçdilər. Xalqımız bir daha sürətli hərtərəfli inkişafa, sabitliyə, uğurlu daxili və xarici siyasətə səs verdi. Xalqımız Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı, ölkəmizin inkişafını, uğurlu daxili və xarici siyasətini müəyyənləşdirən və həyata keçirilməsini təmin edən liderinə, onun hərtərəfli düşünülmüş müdrik siyasətinə səs verdi. Əsası Ümummilli Lider tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyev tərəfindən uğurlu həyata keçirilən xarici siyasət strategiyası özündə dövlətlərarası regional və beynəlxalq əlaqələrə daha yaxından qatılaraq, dünya birliyinə sıx inteqrasiya olunmaq xəttini ehtiva edir.
Aparıcı Qərb dövlətlərinin onilliklər boyu keçdiyi təkamül və inkişaf mərhələlərini qısa müddətdə adlayaraq iqtisadi sahədə keçid dövrünü başa vuran Azərbaycan artıq Cənubi Qafqazda mühüm rolu, mövqeyi ilə seçilən dövlətə çevrilmişdir. Son illər aparılan sosial-iqtisadi siyasət nəticəsində ölkəmizdə yüksək inkişafa nail olunmuş,əhalinin maddi rifahı xeyli yaxşılaşmış və Azərbaycan orta gəlirli ölkələr sırasında yer tutmuşdur.
Xalqımız 2018-ci ildə Prezident İlham Əliyevə səs verməklə ölkədə aparılan demokratik islahatlara və bu islahatların davam etdirilməsinə, bir sözlə, dövlətimizin və xalqımızın xoşbəxt gələcəyinə səs vermiş oldu. Dövlət başçısı İlham Əliyevin də çıxışlarının birində qeyd etdiyi kimi, “Biz gələcəyə baxmalıyıq və baxırıq. Növbəti illərdə görüləcək işlər haqqında bizim çox aydın təsəvvürümüz, planlarımız, proqramlarımız var… Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar.”
Xancanova Hüsnüyyə,
Xəzər rayonu, 92N-li tam orta məktəbin müəllimi