Siyasət
“Söyüdlüdə ikinci süni göl yaradılmayacaq” – İcra başçısı
“Söyüdlü kəndi ərazisində ikinci süni göl yaradılmayacaq”
Globalnews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov etirazçılarla görüşündə deyib. Jurnalistlərin suallarını cavablandıran O. Mürsəlov ərazidə ikinci süni gölün qazılmayacağını bəyan edib.
Qeyd edək ki, DİN ötən gün Söyüdlüdə yerli sakinlərin süni gölün tikintisinə qanunsuz müdaxilə etməsi ilə bağlı məlumat yaymışdı.