Analitika

Son illər icra olunan strateji layihələr Azərbaycanın logistik potensialını artırır

İnkişaf etmiş ölkələrin iqtisadi inkişafına, daha da konkretləşdirsək, ÜDM-də artıma təsir edən əsas komponentlərdən biri uğurlu nəqliyyat və logistika sisteminin qurulmasıdır. Nəqliyyat və logistika imkanları əlavə dəyər yaratmaqla gəlirləri artırır. Eyni zamanda bu sahələrin inkişafı ölkəyə investisiya qoyuluşunu da sürətləndirir. Əsasən xarici investorlar hər hansı ölkəyə böyük yatırım edərkən əvvəlcə bu ölkənin logistik potensialını nəzərə alır.

Məlum olduğu kimi, Azərbaycanın yerləşdiyi coğrafi areal ölkənin regional və beynəlxalq əhəmiyyətli ticarət və logistika qovşağına çevirib. Üstəlik son illər dövlətin bu sahədə gördüyü işlər nəticəsində ciddi uğurlar əldə edilib. Bu məqsədlə hələ Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasında logistika və ticarətin inkişafına dair Strateji Yol Xəritəsi müəyyən edilmişdir. Bu yol xəritəsində əsas streteji hədəflər müəyyən olunmuşdur. Burada əsas məqsəd ölkəmiz üzərindən beynəlxalq yükdaşımanı artırmaqdır. Bunun üçün ölkənin logistika sahəsindəki və ümumi ticarətdəki payını artırmaq, mütəşəkkil və səmərəli strategiya həyata keçirilir, bu istiqamətdə dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilir, dövlət investisiyalarına üstünlük verilməklə özəl investisiya qoyuluşlarına şərait yaradılır. Məlumat üçün deyək ki, son illərdə həm “Şərq-Qərb”, həm də “Şimal-Cənub” ticarət dəhlizləri üzrə yükdaşımanın miqyası artmışdır. Bu istiqamətdə ölkəmiz üzərindən həm konteyner, yükdaşıması, həm də maye və quru yükdaşıma həyata keçirilir. Konteyner və quru yükdaşıma əsasən Çin və Avropa arasındakı marşrut üzrə, Orta Asiyadan başlayaraq Avropaya və Qara dəniz regionuna qədər uzanan marşrut üzrə həyata keçirilir.

Beynəlxalq yükdaşımalardan danışarkən Azərbaycanın Zəzər dənizindəki ticarət donanmasını da xüsusi vurğulamaq lazımdır.  Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükdaşıma qabiliyyətinə malikdir. Prezident İlham Əliyevin cari ilin 14 dekabr tarixindəTürkmənistanda təşkil olunmuş Üçtərəfli Zirvə Görüşündə bu məsələni vurğulaması da bu sahənin xüsusi əhəmiyyət daşımasını göstərir. Ölkə başçısı Keçən il Xəzər dənizi sahilində yerləşən Ələt Azad İqtisadi Zonasının təməli qoyulmasını və Azərbaycanın Xəzər dənizində ən böyük ticarət donanmasına sahib olduğunu qeyd etməsi onu göstərir ki, Azərbaycanda beynəlxalq yükdaşımanı həyata keçirmək üçün uyğun şərait var. Bu sahədə daha böyük uğurlar əldə etmək üçün Azərbaycanda həm də istehsal təyinatlı müəssisələr fəaliyyət göstərir. Bu müəssisələr arasında Bakı Gəmiqayırma zavodunu qeyd etmək olar. Hazırda zavodun böyük istehsal gücü var və bu da logistik imkanlarımızı daha da genişləndirir.

Ümumilikdə logistik imkanlarımızın genişlənməsi, beynəlxalq ticarətdəki yerimiz bizə yeni tərəfdaşlar qazandırır. Bu tərəfdaşlıq isə hazırki dünyada bizim üçün olduqca vacibdir. Bununla biz həm iqtisadi gücümüzü artırırıq, həm də beynəlxalq miqyasda yeni tərəfdaşlar qazanırıq.

Əli Babazadə,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button