AnalitikaGündəmSiyasət

Somali ilə əməkdaşlığımız çoxtərəfli əlaqələr baxımından faydalıdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin fevralın 12-də Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun  Azərbaycana rəsmi səfəri baş tutub. Prezidentlərin təkbətək görüşündə hər iki ölkə üçün mühüm sənədlər imzalanaraq mətbuata təqdim edilib. Azərbaycan bütün dövlətlərlə bərabərhüquqlu münasibətlərin qurulmasında maraqlıdır.

Prezident İlham Əliyevin müəyyən etdiyi siyasətin prioritet istiqaməti ikitərəfli münasibətlər formatıdır. İkitərəfli münasibətlər yaxşı olanda çoxtərəfli münasibətlər inkişaf edir. Somali Federativ Respublikası ilə münasibətlərin inkişafı ilk növbədə Azərbaycanın milli maraqları kontekstində maraqlıdır. Belə ki, ölkəmizlə bağlı məsələlərin müzakirəsi zamanı digər dövlətlər kimi, BMT-də bir səsə malik olan Somalinin dəstəyi önəmli ola bilər. Azərbaycanlı politiloqlar Somali ilə əlaqələrin potensialı yüksək ddəyərləndirirlər. Somali ilə əməkdaşlığımız çoxtərəfli əlaqələr baxımından faydalıdır. Bu gün Azərbaycan 1200 adda hərbi təyinatlı məhsul istehsal edir. Azərbaycan müdafiə avadanlığının əksər hissəsini istehsal edərək, güclü müdafiə sənayesi potensialını yaradıb. Somali Azərbaycandan silah-sursat ala bilər. Bundan əlavə Somali ilə ticarət, iqtisadi əlaqələrin inkişafı ilə bağlı potensial vəd edir. Əsas  sahələr infrastruktur, liman qurğuları və kənd təsərrüfatı ola bilər. Qarşılıqlı sərmayələrin cəlb edilməsində və müsbət işgüzar mühitin yaradılmasında ölkələrin təcrübələri paylaşıldı. Müzakirə edilən  ən vaciblərindən biri təhsil sahəsidir. Bu gün həmin sahədə artıq ilkin nailiyyətlər var. Somalidən bir sıra tələbə Azərbaycanda Heydər Əliyev adına təqaüd əsasında təhsil alır. Bu gün imzalanmış sənəd onların sayını artırmaq imkanını yaradacaq. İlkin mərhələdə on tələbə, sonra isə onların sayı daha çox ola bilər. Bir sözlə, onların universitetlərimizdə müasir təhsil proqramlarına çıxış əldə etmək imkanı olacaq və belə fürsət Somalinin iqtisadi inkişafına fayda verəcək.

Şəlalə Səmədova,
Bakıxanov qəsəbəsi 96 nömrəli tam orta məktəbin coğrafiya müəllimi

Oxşar Xəbərlər

Back to top button