MaraqlıGündəmSiyasətSosial

Siyəzən rayonunda YAP-ın təsis edilməsinin 33-cü ildönümü qeyd olunub

21 noyabr 2025-ci il tarixində Yeni Azərbaycan Partiyası Siyəzən rayon təşkilatı və Siyəzən Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının təsis olunmasının 33 illiyinə həsr olunmuş tədbir keçirilib.

Globalnews.az xəbər verir ki, ilk öncə Ulu Öndər Heydər Əliyevin Siyəzən şəhərində ucaldılmış abidəsi ziyarət olunub və önünə gül dəstələri qoyulub. Daha sonra tədbirin rəsmi hissəsi müstəqil Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamış və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.

YAP Siyəzən rayon təşkilatının sədri Samir Baxşiyev və Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov çıxış edərək partiyanın keçdiyi 33 illik tarixi inkişaf yoluna nəzər salınmış və
Ulu Öndər Heydər Əliyevin memarı olduğu Yeni Azərbaycan Partiyasının qazandığı uğurlardan, əldə olunan nailiyyətlərdən geniş bəhs edilib. Möhtərəm cənab Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi altında bundan sonra da müstəqil, suveren Azərbaycanımızın yeni-yeni qələbələr, uğurlar qazanacağına böyük əminlik ifadə olunub.

Rəsmi hissənin sonunda bir qrup partiya veteranı fəxri fərmanla təltif olundu. Daha sonra tədbir bədii hissə ilə davam edib.

Oxşar Xəbərlər

Back to top button