
18 sentyabr 2025-ci il tarixində Yeni Azərbaycan Partiyasının Siyəzən rayon təşkilatında “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Dövlət Suverenliyi: Qürur və Məsuliyyət” mövzusunda dəyirmi masa keçirilmişdir.
Tədbirdə idarə və müəssisə nümayəndələri, partiya fəalları, ziyalılar, gənclər, şəhid ailələri, həmçinin Birinci və İkinci Qarabağ müharibəsi qaziləri iştirak etmişlər.
Çıxış edənlər vurğulamışlar ki, dövlət suverenliyi Azərbaycan xalqının milli qürurunun və müstəqilliyinin əsas dayağıdır. Qeyd olunmuşdur ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü tam bərpa olunmuş, suverenlik daha da möhkəmləndirilmişdir.
Gənclər öz çıxışlarında dövlət müstəqilliyinin qorunmasının onların gələcəyinin təminatı olduğunu xüsusi qeyd etmiş, hər bir vətəndaşın üzərinə düşən məsuliyyətin vacibliyini vurğulamışlar.
Tədbirin sonunda dövlət suverenliyinə həsr olunmuş qısa video-çarx nümayiş etdirilmişdir.