AnalitikaGündəmSosial

Səssiz Qəhrəmanlar: Fədakar Azərbaycan Jurnalistləri

Azərbaycan jurnalistləri tarix boyu xalqın səsini çatdırmaq, haqqın tərəfində dayanmaq və informasiya cəbhəsində mübarizə aparmaq kimi mühüm vəzifələri yerinə yetiriblər. Fədakarlıq isə bu missiyanın ayrılmaz parçasıdır. Hər bir jurnalist kamera arxasında, qələm başında, reportaj meydanında çətinliklərə baxmayaraq öz peşəsinə sadiqliyini göstərib. Onlar təhlükəli bölgələrdə, müharibə zonalarında, sosial narazılıqların episentrində həqiqəti çatdırmaq üçün həyatlarını riskə atıblar.

Xüsusilə Vətən müharibəsi dövründə Azərbaycan jurnalistlərinin göstərdiyi şücaət fədakarlığın zirvəsi oldu. Onlar ön cəbhədə əsgərlərlə bərabər atəş səsləri altında reportajlar hazırladılar, xalqı real vəziyyətlə tanış etdilər, dezinformasiyaya qarşı mübarizə apardılar. Çoxları həyatını itirsə də, həqiqətin yaşaması üçün bu itkiyə qatlandı. Bu jurnalistlər tarixdə şərəflə anılacaq qəhrəmanlardır.

Ancaq fədakarlıq təkcə müharibə və ekstremal şəraitlə məhdudlaşmır. Gündəlik həyatın sadə mövzularında da doğru informasiya uğrunda aparılan mübarizə bir növ səssiz qəhrəmanlıqdır. Sosial ədalətsizliklərə toxunan, ictimai problemləri qaldıran, korrupsiya ilə bağlı araşdırmalar aparan jurnalistlər fədakarlığın müasir simalarıdır. Onlar cəmiyyətin aynası olaraq həm maarifləndirir, həm də dəyişiklik üçün zəmin yaradırlar.

Bu gün gənc jurnalist nəsli özündən əvvəlkilərin fədakarlıq yolunu davam etdirir. Onlar yalnız informasiya yaymır, eyni zamanda məsuliyyət daşıyır, dəyərləri qoruyur və xalqla dövlət arasında körpü rolunu oynayır. Fədakar jurnalist obrazı Azərbaycanın media tarixində əbədi yaşayacaq.

Sünbül Həsənquliyeva
YAP Xəzər rayon təşkilatının fəalı 

Oxşar Xəbərlər

Back to top button