
19 may 2024-cü il tarixində Azərbaycan və İran prezidentləri arasında keçirilən görüş, sadəcə diplomatik tədbir deyildi – bu, iki ölkə arasında səmimi qonşuluğun və tarixi bağlılığın rəmzi idi. Prezident İlham Əliyevlə Prezident Seyid İbrahim Rəisinin Azərbaycan-İran sərhədində baş tutan bu görüşü regionda sabitlik və qarşılıqlı etimadın təcəssümü kimi dəyərləndirildi.
Sərhəddə keçirilən görüş diplomatik protokoldan çox, qardaşlıq mesajı verdi. Bu, iki dövlət başçısının bir-birinə etibarını və əməkdaşlıq əzmini açıq şəkildə nümayiş etdirməsi idi. Görüş yerinin seçilməsi özü ilə bir mesaj daşıyırdı: sərhədlər ayrılıq deyil, birləşmə nöqtəsidir.
Prezidentlər sərhəddə birgə layihələrin icrası, yol-nəqliyyat və infrastruktur məsələləri barədə fikir mübadiləsi apararaq ortaq gələcək üçün yeni səhifələr açdılar. Əsas diqqət Zəngəzur dəhlizinin ətrafında formalaşan regional əməkdaşlıq, gömrük və logistika potensialının genişləndirilməsinə yönəldi.
Bu görüş, siyasi texnologiyadan uzaq, xalqlara yaxın bir diplomatik jest idi. İki dövlət başçısının ortaq sərhəddə əl sıxması, yalnız həmin günün deyil, gələcək onilliklərin də yol xəritəsini çəkməyə bərabər idi.
Sünbül Həsənquliyeva
YAP Xəzər rayon təşkilatının fəalı