Siyasət

Sergey Lavrov: Müttəfiqlik münasibətlərinə dair Bəyannamə ölkələrimiz arasındakı münasibətləri yeni səviyyəyə yüksəldib

Bu görüşün mükəmməl şəkildə təşkil olunmasına və qonaqpərvərliyə görə Azərbaycana minnətdarıq. Eyni zamanda, Azərbaycan Prezidentinə əhatəli söhbətə görə təşəkkür edirəm.

Globalnews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri fevralın 28-də Xarici İşlər Nazirliyində keçirilən brifinqdə Rusiyanın xarici işlər naziri başçısı Sergey Lavrov söyləyib.

O bildirib ki, Prezident İlham Əliyevlə əməkdaşlığın bütün sahələrini müzakirə etmək üçün şərait yarandı. Həmçinin Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanmasının birinci ildönümüdür. Bu müqavilə ölkələrimiz arasındakı əlaqələri inkişaf etdirir, münasibətləri yeni səviyyəyə yüksəldir. Ona görə də bütün səlahiyyətli qurumlara, o cümlədən Xarici İşlər Nazirliyinə tapşırıq verilib ki, bu məqsədlərə yiyələnmək üçün konkret olaraq fəaliyyətlər həyata keçirilsin.

Oxşar Xəbərlər

Back to top button