Separatçı ermənilərin Azərbaycana qarşı hiyləgər siyasəti uzunillərdir davam edir
Uzun illərdir erməni vandalları ölkəmizə qarşı məkrli siyasətindən əl çəkməməkdə israr edir. Hiyləgər hakimiyyət hər zaman dinc əhalimizə qarşı oyunlar oynamış,öz dəstələrini də bu oyunlara inandırmışdılar. 1-ci Qarabağ müharibəsi zamanı törətdikləri vəhşilikləri dünyaya elə çatdırmışdılar ki, sanki ən məzlum xalq Erməni xalqıdır. Müharibənin məğlubiyyətini qəbul edə bilməyən Ermənistan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyəti qarşısında qaldı. Amma bəyanat imzalanandan az sonra Ermənistanın səmimi olmadığı, fitnəkarlıq etdiyi, revanş götürmək məqsədi ilə fəaliyyətə keçdiyi ortalığa çıxdı. Sülh danışıqları altında oyunbazlıq edən Ermənistan nümayişkaranə şəkildə üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirmədi. Havadarlarının vədlərinə uyan ermənilər sərhədlərimizə ağır döyüş texnikası cəmləşdirib 2022-ci ilin sentyabrında silahlı təxribat törətdilər. Erməni təxribatları yalnız bununla da kifayətlənmədi. Qarabağdakı Dəmirli və Qızılbulaq mədənlərini qanunsuz istismar edib, təbii sərvətlərimizi talayaraq humanitar məqsədlər üçün icazə verilmiş Laçın yolu ilə Ermənistana daşıdılar. Ermənistanın fitnəkarlığına baxmayaraq, ölkəmiz sülh danışıqlarına sadiq olduğunu, eyni zamanda öz prinsiplərindən, qəti və haqlı mövqeyindən geri çəkilməyəcəyini təsdiq etdi.
Sərhədçilərimiz bu ilin aprel ayında beynəlxalq hüquq normalarına uyğun olaraq Laçın rayonunun Ermənistanla sərhədində nəzarət-buraxılış məntəqəsini yaratdı. Bununla da Qarabağa qanunsuz silah-sursat yerləşdirən, əlavə hərbi qüvvələr daşıyan Ermənistanın cinayətkar əməllərinin qarşısı alındı. Azərbaycanın bu qətiyyətli addımı, ölkəmizin suveren hüquqlarının qorunması, ərazilərimizin təhlükəsizliyinin təminatı istiqamətində gördüyü tədbir Ermənistan üçün gözlənilməz bir zərbə oldu.
Sentyabrın 19-dan başlayaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri növbəti uğurlu addım oldu. Ermənistan silahlı qüvvələrinin birləşmələrinə məxsus döyüş mövqeləri, hərbi təyinatlı avtomobillər, artilleriya və zenit-raket qurğuları, radioelektron mübarizə stansiyaları və digər hərbi təyinatlı vasitələr zərərsizləşdirilib. Lakin Azərbaycan Respublikası yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yerləşdirilməsini nəzərə alaraq ərazidə olan mülki əhalini hərbi obyektlərdən kənar durmağa və Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək olmamağa çağırış edib mobil SMS xidməti vasitəsilə Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinə məlumat göndərilmişdir.
Azərbaycan Respublikasının qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi təşkil olundu, qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstərildi, onlar içməli su və ərzaqla təmin olundu.Əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradıldı, orada yaşayan insanları dəhliz və məntəqələrdə qəbul etdilər.
21 sentyabrda Yevlaxda keçiriləcək görüşdə müzakirələrdən sonra regionda Ermənistan tərəfdən sülhün bərqərar olunmasına, ermənilərin fitnəkar əməllərindən əl çəkəcəklərinə və Azərbaycan ərazisində yaşayacaq olan ermənilərin Azərbaycan Konstitusiyasının qanunlarına tabe olacaqlarına ümid edir və inam bəsləyirik. Azərbaycan yenilməz və güclü dövlətdir!
İsmayılova Şəbnəm,
YAP-ın gənc fəalı