AnalitikaGündəmSiyasət

Şəhidlərin əmanəti

Azərbaycanın Vətən müharibəsində əldə etdiyi Zəfər yüzlərlə ailənin taleyində dərin iz qoydu. Hər bir şəhid ailəsi öz övladının, həyat yoldaşının və ya atasının Vətən uğrunda göstərdiyi fədakarlıqla Azərbaycan tarixinin bir parçasına çevrildi.

27 Sentyabr Anım Günü həmin ailələrin ağrısını və qəhrəmanlığını birlikdə xatırlamaq üçün təsis olunub. Prezident İlham Əliyevin Sərəncamında şəhidlərin xatirəsinə dərin ehtiramın dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğu açıq şəkildə ifadə edilir.

Şəhidlərin əmanəti yalnız azad edilmiş torpaqlar deyil. Onların əmanəti həm də Azərbaycanın müstəqilliyi, dövlətçiliyi və gələcək nəsillərin sülh içində yaşamasıdır. Bu baxımdan şəhidlərin xatirəsinə ehtiram göstərmək onların arzuladığı güclü Azərbaycanın qurulmasına töhfə verməkdən keçir.

Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq layihələri də bu baxımdan xüsusi məna daşıyır. Bərpa olunan şəhərlər, tikilən yollar, məktəblər və yaşayış məhəllələri şəhidlərin uğrunda can verdiyi torpaqların yenidən həyata qovuşmasının göstəricisidir.

Vüqar Quliyev,
YAP Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti, 113” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button