Analitika

Seçicilərin əksəriyyətinin İlham Əliyevə səs verməsi xalqın bütün destruktiv və xain qüvvələrə yox deməyinin təzahürüdür

2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkiləri Azərbaycan Respublikası Prezidenti postuna keçirilən sayca 8-ci rəsmi seçki olmuşdur. Seçkilər 11 aprel 2018-ci ildə keçirilmişdir. Seçkilərdə səsvermə hüququna malik olan vətəndaşlarının 74.3% iştirak etmişdir.

Azərbaycan xalqı yenidən cənab İlham Əliyevə yüksək etimad göstərib və bir daha sabitliyə, inkişafa və tərəqqiyə səs verdilər. Cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənmişdir. İnsan amili, xalqın rifahı və milli maraqlar dövlət siyasətinin strateji prioritetləri olmuşlar. Azərbaycanın bugünkü inkişafı Prezident İlham Əliyevin fəaliyyəti ilə bilavasitə əlaqədardır. Cənab İlham Əliyevin Prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti daha da artıb, iqtisadiyyatımız bir neçə dəfə yüksəlib, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənmişdir.  2003-2018-ci illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən xarici siyasət və nəticəyə hesablanmış diplomatik uğurlar Azərbaycanın bütün nüfuzlu beynəlxalq təşkilatların yüksək tribunasından daha qətiyyətlə çıxış etməsi və bir çox məsələlərdə beynəlxalq aləmin onun rəyinə hörmətlə yanaşması üçün münbit şərait yaratmışdır.

Seçicilərin mütləq əksəriyyətinin Prezident İlham Əliyevə səs verməsi, əslində xalqın bütün destruktiv və xain qüvvələrə yox deməyinin təzahürüdür. 2018-ci ildə keçirilmiş seçkilər bir daha göstərdi ki, radikalların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur.  Cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmiz böyük inkişaf yolu keçib, Azərbaycan dövlətçiliyinin əsasları ciddi şəkildə möhkəmlənib, dövlətimiz güclənib, onun qüdrəti və iqtisadiyyatı daha da artıb, Azərbaycanın beynəlxalq müstəvidə mövqeyi xeyli dərəcədə güclənib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2018-ci ildə andiçmə mərasimində Azərbaycan xalqına verdiyi sözü 2020-ci ildə yerinə yetirdi. Bugün biz qalib ölkəyik, Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin edilib.

Müasir müstəqil Azərbaycanın hər uğurunda öz payı, yeri olan,  ulu öndər Heydər Əliyevin yaratdığı və hazırda Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən regionun ən böyük siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının da Zəfərimizin və post münaqişə dövrünün reallıqları fonunda VII qurultayı keçirildi. Yeni tərkib formalaşdı, yeni qərarlar qəbul olundu. YAP – ın yeni Proqramı təsdiqləndi və sənəddə partiyanın gələcək fəaliyyəti ilə bağlı hədəfləri öz əksini tapıb. Atılan bütün addımların təməlində Azərbaycanın hərtərəfli inkişafı dayanır. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinə, soydaşlarımızın Böyük Qayıdışına töhfələr vermək əsas hədəflər sırasındadır. Müstəqil Azərbaycan dövləti, dünya liderləri sırasında xüsusi yeri olan, güclü liderlik istedadı olan, Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevin rəhbərliyi altında daha böyük gələcəyə doğru qətiyyətlə addımlamaqda davam edir.

Səba Rzayeva,
YAP-ın gənc fəalı

Oxşar Xəbərlər

Back to top button