Rusiya sülhməramlılarının təchizat maşınları aksiyanın keçirildiyi ərazidən maneəsiz keçib
Azərbaycan ekoloqlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, fəalların etiraz aksiyasının artıq üç gündür davam etdiyi ərazidən Rusiya sülhməramlılarının təchizat maşınları maneəsiz keçib.
Globalnews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bundan əvvəl Ermənistan mediasında etirazçıların guya Laçın-Şuşa yolunu bağlamaları və təchizat maşınlarını buraxmamaları haqda saxta xəbərlər yayılıb.
Xatırladaq ki, Rusiya Federasiyasının sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində ekoloji vəziyyətin gərginləşməsi ilə əlaqədar aksiya keçirilir. Etirazçılar sülhməramlı kontingentin komandanı, general-mayor Andrey Volkovla görüş və qeyri-qanuni istismar olunan Qızılbulaq qızıl yatağına və Dəmirli mis-molibden yatağına buraxılmalarını tələb edirlər.