Siyasət

Rəhmon Azərbaycana yeni səfir təyin etdi

Tacikistan Azərbaycana yeni səfir təyin edib.

Globalnews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Tacikistan Prezidenti Emoməli Rəhmonun sərəncamına əsasən, Abdurahmon İlhom Barotzoda bu ölkənin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Qeyd edək ki, bundan əvvəl Tacikistanın Azərbaycandakı səfiri Rüstəm Soli olub.

Xatırladaq ki, Tacikistan və Azərbaycan arasında diplomatik əlaqələr 1992-ci ilin mayın 29-da qurulub.

Azərbaycanın Düşənbədəki nümayəndəliyi 2007-ci ilin sentyabrın 22-də açılıb.

Tacikistanın Bakıdakı səfirliyi isə 2008-ci ilin martın 23-dən fəaliyyət göstərir.

Oxşar Xəbərlər

Back to top button