
Hazırda Ağciyər Xəstəlikləri Mərkəzinin nəzdindəki Qobustan Regional Xəstəxanasında 160 vərəm xəstəsi qeydiyyatdadır.
Globalnews.az “Report”a istinadən xəbər verir ki, bunu Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru Günay Muradova xəstəxanada təşkil olunmuş mediatur çərçivəsində jurnalistlərin suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, vərəmin aşkarlanması və diaqnostikasının yaxşılaşdırılması istiqamətində tədbirlərin görülməsi, nəzarətin gücləndirilməsi, vərəm xəstəliyinin laborator və instrumental diaqnostika şəbəkəsinin təkmilləşdirilməsi və gücləndirilməsi üçün xəstəxanada bütün şərait yaradılıb:
“Ağciyər vərəmi diaqnozu təyin edilən pasiyentlərin müalicəsi dərmanlara davamlılıq modeli nəzərə alınmaqla üç şöbədə təşkil olunur. Burada müalicənin təyini, monitorinqi və müalicə nəticələrinin qiymətləndirilməsi məqsədilə yaradılmış Həkim Məsləhət Komissiyası da fəaliyyət göstərir”.