AnalitikaDünyaGündəmSiyasət

Qloballaşan Dünyada Milli Jurnalistika və Nəsillərin Varisliyi

Bütün dünyada baş verən texnoloji və sosial qloballaşma prosesləri mətbuatdan da yan ötməyib və bu gün Azərbaycan mediası ən qabaqcıl qlobal tendensiyaları uğurla mənimsəyərək irəli gedir. Yüzlərlə gənc azərbaycanlı jurnalist müasir beynəlxalq platformalarda peşəkarlıq səviyyələrini artıraraq informasiya müharibəsində daha qətiyyətli mübarizə aparmaq üçün mütəmadi təkmilləşirlər.

Lakin bütün bu qlobal inteqrasiyanın arxasında zəngin tarixi ənənələrimizə və nəsillərin varisliyinə sadiqlik dayanır. 150 il əvvəl Həsən bəy Zərdabinin rəhbərliyi ilə “Əkinçi” qəzeti tərəfindən başlayan maarifçilik ocağı, bu gün ən yeni rəqəmsal platformalarda, süni intellekt vasitələrinin köməyi ilə daha geniş beynəlxalq auditoriyalara səs salır.

Tarixi Vətən müharibəsində olduğu kimi, qlobal informasiya çağırışlarında da fədakar mətbuat işçilərimiz ən çətin anlarda belə cəbhədə qətiyyətlə duraraq, cəmiyyətimizin tərəqqisi, həqiqətin qorunması və dövlətçiliyimizin ucaldılması naminə yorulmadan xidmət edirlər.

Zeynəb Hacıyeva,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button