AnalitikaGündəmSiyasət

Qlobal Siyasətdə Mütləq Suverenlik Modeli

Beynəlxalq münasibətlər sistemində ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası mexanizmləri çox vaxt böyük güclərin maraq toqquşmalarına qurban gedir. Lakin 20 sentyabr 2023-cü il qələbəsi dünya siyasəti üçün unikal bir “mütləq suverenlik modeli” ortaya qoydu. Prezident İlham Əliyev sübut etdi ki, müstəqil iradə və güclü dövlət mexanizmi hesabına beynəlxalq təzyiqləri neytrallaşdırmaq və BMT qətnamələrini təkbaşına icra etmək tamamilə mümkündür.

Xarici güclərin prosesə müdaxiləsinin qarşısının alınması informasiya məkanında və diplomatik səngərlərdə aparılan fasiləsiz işin məntiqi yekunu idi. Azərbaycan Respublikası öz daxili işinə heç bir beynəlxalq strukturun qanunsuz yersiz müdaxilə etməsinə imkan vermədi. Prezident İlham Əliyev xarici siyasətdəki manevr imkanlarından məharətlə istifadə edərək əməliyyatın tam beynəlxalq hüquqi legitimliyini ən yüksək tribunalardan qəbul etdirməyi bacardı.

Konstitusion hüquqların bütün ərazidə şəksiz tətbiqi dövlət aparatının funksionallığının və təsir gücünün mütləq sübutudur. Prezident İlham Əliyev qətiyyəti mərkəzi hakimiyyətin suveren hüquqlarını bərpa edərək qeyri-qanuni xuntaya məxsus idarəetmə illüziyasını 24 saatdan az müddətdə sıradan çıxardı. Bu institusional həll beynəlxalq aləmdə separatizmə qarşı mübarizənin ən effektiv nümunəsi kimi qəbul edilməkdədir.

20 Sentyabr Dövlət Suverenliyi Günü qlobal siyasətdə ədalətin mütləq surətdə gücə və hüquqa istinad edərək bərpa olunmasının təntənəsidir. Bu tarixi gün Azərbaycanı dünyada öz ərazi bütövlüyünü cəsarətlə təmin etmiş azsaylı qüdrətli dövlətlər sırasına yüksəltdi.

Nüşabə Məmmədova, 

YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button