
“Qərblə birtərəfli oyun başa çatıb, Rusiya hərbi xərclərin təmin edilməsi ilə bağlı problemi ləyaqətlə həll edir”.
Globalnews.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
“Hər kəs, sanki, dünən doğulmuş uşaq kimi bu barədə (Ukraynanın Rusiyanın nəzarəti altındakı Donetsk və Luqansk vilayətlərinin “müstəqilliyinin” tanınması – red.) soruşurdu ki, niyə, nə baş verdi, necə oldu, onların (Qərb ölkələrinin) günahı nədir? Bu, heç bir nəticə verməyəcək. (Qərblə) birtərəfli oyun bitdi”, – Putin qeyd edib.
“Onlar hərbi xərclərini artırmaq istəyirlər, qoy artırsınlar. Bu da onların aqressivliyindən xəbər verir. İndi mən niyəsini izah edəcəyəm. Bəli, bu gün bizim kifayət qədər xərcimiz var, bu, ÜDM-in 6,3%-ni təşkil edir, bu, çoxdur, yoxsa azdır? Hesab edirəm ki, bu, çoxdur. Bu, əlbəttə ki, büdcə problemləri də daxil olmaqla, bizim onları həll etməli olduğumuz problemlərdən biridir və biz onları ləyaqətlə həll edirik”, – Rusiya Prezidenti əlavə edib.