İdmanGündəm

Qazaxıstan millisinin baş məşqçisi istefa verdiyini açıqlayıb

Futbol üzrə Qazaxıstan millisinin baş məşqçisi Əli Əliyev istefa verdiyini açıqlayıb.

“Globalnews.az” “Kazinform”a istinadən xəbər verir ki, baş məşqçi bu qərarını dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində Belçika millisinə 6:0 hesabı ilə məğlub olduqları matçdan sonra keçirilən mətbuat konfransında açıqlayıb.

“Baş verən hər şey, məğlubiyyət mənim günahımdır. Buna görə bütün məsuliyyəti öz üzərimə götürürəm. İstefa ərizəmi yazacağam və prezidentə məlumat verəcəyəm”, – baş məşqçi bildirib.

Xatırladaq ki, Qazaxıstan millisi DÇ-2026-nın seçmə mərhələsində Belçikaya 0:6 hesabı ilə uduzub. Milli daha əvvəl Uels və Uels (1:3, 0:1) və Şimali Makedoniyaya (0:1) da məğlub olub. Yeganə qələbəsini isə Lixtenşteynlə görüşdə qazanıb – 2:0.

Oxşar Xəbərlər

Back to top button